• 21.10.2025 14:28

“Yaxşı kişiyə heç kəs xəyanət etməz” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

“Yaxşı kişiyə heç kəs xəyanət etməz” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son aylarda Azərbaycanda ailədaxili münaqişələr və xəyanət zəminində baş verən cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan hadisələr və məhkəmə materialları göstərir ki, qısqanclıq, etimadın pozulması və emosional gərginlik bir çox hallarda faciəvi sonluqlara gətirib çıxarır. Ailə dəyərlərinin zəifləməsi və psixoloji dəstəyin çatışmazlığı bu cür cinayətlərin əsas səbəblərindəndir.

Proses.az xəbər verir ki, tanınmış psixoloq Samirə Bağırova Manset.az-a açıqlamasında bildirib ki, həm xəyanətin, həm də xəyanət sonrası cinayətin kökün bir sıra fərqli psixoloji nüanslar dayanır:

“Bir kişi öz yoldaşına və ya öz sevgilisinə əl qaldırdıqda o, artıq bunu dəfələrlə də daha əvvəl beynində edib. Bir gün gəlib elə bir vəziyyətə çatır ki, hərəkətə keçir.

Düşündüyü məqamlarda həmişə o, təhlükə siqnalları olur. Bu, hərəkətlərdə, səs tonunda və s. göstəricilərdə ola bilər. Həmin an qadın bunu başa düşməlidir ki, bunun sonu şiddətə, hətta cinayətə gedir. Heç bir qadın yaxşı kişiyə xəyanət etmir”.

Psixoloq bildirir ki, keçmiş dövrlərdən xəyanətə, “namus”a görə törədilən cinayətlərin alqışlanması Azərbaycanda illər boyu belə cinayətlərin daha da artmasına gətirib çıxarıb:

“Xəyanətə görə cinayət törədən şəxslər bizim ölkənin adət-ənənələrinə görə daim alqışlanıb, yaxşı formada qələmə verilib. Halbuki bunun kökündə dərin psixoloji problem dayanır. Eləcə də xəyanətin də kökündə səbəblər var. Təbii ki, başlıca səbəblər maddi çatışmazlıq, emosional və cinsi tərəfdən qadının tam təmin olunmamasıdır. Bunları oxuyanlar düşünəcəklər ki, bunlar yoxdursa, qadın xəyanət etməlidir? Xeyr, etməli deyil. Mən dəfələrlə şahid olmuşam ki, qadınlar seanslara gəlir ağlayır, bu problemləri düzəltməyə çalışır, amma onların həyat yoldaşları buna razı olmurlar, problemlərin həllindən boyun qaçırırlar, psixoloqa gəlmək istəmirlər. Onlar düşünürlər ki, həkimə, psixoloqa, seksopatoloqa, androloqa getdikdə qadınları onları həmin şəxslərin yanında utandıracaqlar. Belə kişilər həm maddi, tibbi, cinsi problemlərini həll etmək istəmirlər, həm də ağır xasiyyətlərini ortaya qoyurlar, həyat yoldaşlarına normal davranmırlar və sonra xəyanət baş verdikdə cinayət törətmək kimi haqqı da özlərində görürlər. Belə olan halda sıxışmış və bu problemdən tək başına çıxa bilməyən qadın sonunda xəyanətə üz tutur. Çünki hər kəs bu həyatda normal yaşamaq, xoşbəxt olmaq istəyir”.

Psixoloq qeyd edib ki, kişilərin ailə həyatını sonlandırmaq istəyən qadınlara buna icazə verməmələri cinayətin siqnallarından biridir:

“Qadınlar çox vaxt düşünürlər ki, evlənəndə nələrsə düzələcək. Amma heç bir şey düzəlmir. Əksinə əgər müəyyən problemlər varsa, evləndikdən sonra bunlar daha da dərinləşir. Mübahisə zamanı hər bir söz, əslində, bir xəbərdarlıqdır. Yəni, “əsəbi olduğuna görə dedi” deyə bir anlayış yoxdur. Əsəbi olduqda deyilən söz elə birbaşa həqiqətin özüdür və qarşı tərəfin sənin haqqında tam düşüncəsi budur. Çünki o bunu deyərkən heç bir filtrdən keçirmir və birbaşa şüurundan axan formada dilə gətirir. Buna görə də elə bu sözlərdən münasibətin səviyyəsini təhlil etmək lazımdır”.

Psixoloq bütün dünyada olduğu kimi Azərbaycanda da xəyanətin daim var olduğunu və var olacağını düşünür. Onun fikrincə, xəyanətin və eləcə də səbəb olduğu cinayətlərin qarşısını almaq üçün ilk növbədə, problemin həlli yolunda addım atılmalıdır. Nə qədər ki, kişilər problemin həllindən, həkimə, psixoloqa getməkdən üz döndərəcəklər, xəyanətlərin sayı daha da artacaq.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…