• 23.10.2025 09:25

Ramiz Mehdiyevin həbsdəki adamı – Ona da xəyanət etmişdi

Ramiz Mehdiyevin həbsdəki adamı – Ona da xəyanət etmişdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edilməsi uzun illər onun ətrafında olmuş şəxsləri yenidən gündəmə gətirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “boz kardinal”a xidmət etmiş “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir sisteminin içində yer almışdı.
Bu yaxınlıq onu metallurgiya sahəsində tanınmış iş adamına çevirsə də xilas edə bilmədi. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu həbs etdi.

Məmmədov artıq 4 ildir həbsdədir. Mənimsəmə, dələduzluq və başqa cinayətlərinə görə hələ 10 ilə yaxın da həbsdə qalmalı olacaq.

Ramiz Mehdiyev onu da satdı

2020-ci ilin sonlarında artıq Ramiz Mehdiyevin ailəsi Rasim Məmmədova üz çevirdi. Əvvəlcə onun oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev Rasim Məmmədovdan şikayət etdilər. Onlar ərizələrində göstəriblər ki, R.Məmmədov birindən 4 milyon, digərindən isə 3,5 milyon dollar mənimsəyib. Mehdiyev ailəsi illərlə o dövrlərdə metalurgiya sahəsini öz inhisarında saxlayan zavoddan gələn pullar hesabına özlərinə yeni bizneslər qurdular.

Uzun müddət Ramiz Mehdiyevin “çətiri” altında fəaliyyət göstərmiş iş adamı sonradan öz məhkəmə proseslərində bu münasibətdən açıq şəkildə danışmağa başladı: “Mən yediyim qaba tüpürməmişəm. Ramiz Mehdiyevi atam qədər istəyirdim. Pis günündə yanında olmuşam. İşdən sonra onu gəzdirmişəm, xəstə olub, yanına getmişəm”.

O, vəkillərinin vəsatətinə qarşı çıxaraq “ağsaqqalı”nın məhkəmədə dindirilməsinə belə razılıq verməsə də, Mehdiyev “Mən özüm bilirəm hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs törətdiyi əmələ görə cavab verəcək”, – deməklə onunla məsafə saxladı.

Sonuncu plan da alt-üst oldu

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova daha sonra üzərinə həbs qoyulmuş “Baku Oksford Məktəbi” uğrunda mübarizə aparmağa başladılar.

Tərəflər məktəbdə pay hüquqlarının onlara məxsus olduğunu iddia etsələr də, məhkəmələr binanın “Baku Steel Company”dən mənimsənilən vəsaitlə inşa olunduğunu təsdiqlədi. Nəticədə bina dövlət nəfinə müsadirə edildi.

İndi isə vəziyyət dəyişib – Rasim Məmmədov illərdir həbsdə yatır, Ramiz Mehdiyev isə ev dustaqlığındadır. Ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdən əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı da irəli sürülüb. Məhz bu epizod üzrə Rasim Məmmədov da şahid qismində dindirilə bilər. Onun nələri etiraf edəcəyini isə indidən maraq doğurur.

Ramiz Mehdiyevin özünün də dediyi kimi: “Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…