• 27.10.2025 14:24

“Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü…” – Video

“Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü…” – Video

Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə baş verib. 

“Qafqazinfo”ya müraciət edən H.Əsgərli bildirib ki, hadisə oktyabrın 9-da yaşadığı binanın qarajında qeydə alınıb.

Onun iddiasına görə, Dövlət Gömrük Komitəsinin polkovniki olan qonşusu Mirzə Sadıqov qardaşını döyüb, atasının isə ölümünə səbəb olub. Qardaşı N.Əsgərlinin döyüldüyü hadisənin görüntülərini saytımıza təqdim edən şikayətçi qeyd edib ki, mübahisə onlara məxsus avtomobilin M.Sadıqovun maşınının buferinə toxunaraq cüzi zərər vurması üstündə başlayıb: “Həmin gün saat 22 radələrində yaşadığım Koveroçkin küçəsi, 58 nömrəli binanın qarajında avtomobillə qonşuluqda yaşayan Mirzə Sadıqova məxsus avtomobilə xırda toxunmaqla zərər vurmuşuq. Hadisədə arxa bufer kiçik ölçüdə əzilib. Dərhal mühafizəçiyə zəng edərək avtomobilin kimə məxsus olmasını soruşdum və Mirzə Sadıqovla əlaqə saxlayaraq avtomobilə xırda zərər dəyməsi ilə bağlı bildirdim və zərərin az olmasına görə ona 100 manat təklif etdim. Ona bildirdim ki, təklif etdiyim məbləğlə razı deyilsə, polis və sığorta çağıraq, bu məsələni qanunla həll edək. Lakin o, mənimlə kobud danışmağa başladı və ziyanı artıqlaması ilə ödətdirəcəyini dedi”.

Bundan sonra tərəflər görüşüb məsələni yerində aydınlaşdırmaq və maşına baxış keçirmək qərarına gəliblər. Dava-dalaş da həmin vaxt baş verib: “Mirzə məsələni qanundankənar formada həll edəcəyini bildirərək ora bir neçə nəfər kənar adamı çağırıb. Mən də binanın həyətinə düşdüm, atam başqa adamların da məhəlləyə toplaşdığını görərək məsələnin sakitcə həll olunması üçün bizdən xəbərsiz qardaşımın ardınca qaraja enib. Orada atam Mirzəgilin idmançı görkəmli şəxslərlə gəldiyini görərək onların dava axtardığını başa düşüb və DİN-in 102 xidmətinə məlumat verib. Elə həmin vaxt mən həyətdə olarkən qardaşım qarajda Mirzəgillə rastlaşıb və söhbət etməyə çalışıb. Bu zaman yüksək səslə söyüşlər söyən, ünvanımıza təhqirlər səsləndirən Mirzə Sadıqov qardaşıma hücum edərək onun baş nahiyəsinə yumruqla zərbə endirib, sonra təpikləməyə başlayıb və əməllərinə davam edib”.

H.Əsgərli əlavə edib ki, atası ilə qaraja daxil olanda dava davam edirmiş: “Həmin şəxs söyüş və təhqirlərinə davam edirdi. Atam ona bildirdi ki, əgər məsələni bu yolla həll edirsə, biz də polis çağırırıq, dəymiş zərəri də sığortadan alarsız. Bundan sonra Mirzə atama hücum edərək sinəsindən vurub itələdi, buferdəki əziyə görə 400 manat ödəməli olduğumuzu kobud şəkildə bildirdi. Atam söz-söhbətin daha da böyüyəcəyindən ehtiyat edərək bizi binanın liftinə salıb uzaqlaşdırmaq istədi. Buna baxmayaraq, Mirzə liftin qarşısını kəsərək hərəkətlərinə davam edirdi. Binanın komendantı və digər şəxslərin köməkliyi ilə liftə daxil olub evə qalxdıq”.

Şikayətçi bildirib ki, hadisədən bir neçə dəqiqə sonra atasının halı pisləşib: “Atam N.Əsgərov evə qalxandan sonra özünü pis hiss etməyə başladı, onu tər basmışdı. Soruşdum halın niyə dəyişdi? Cavab verdi ki, qarajda Mirzə mənim sinəmdən vurdu. Həmin vaxt başa düşdük ki, atam hadisənin ağır stresi, ailəmizin təhqir olunması səbəbindən infarkt keçirir və təcili tibbi yardım çağırdıq. Amma həkimlər gələnə kimi atam dünyasını dəyişdi”.

H.Əsgərlinin sözlərinə görə, baş vermiş dava-dalaş və atasının ölümü ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır: “Hadisəni törədən şəxs rütbəli adam olduğu və vəzifə daşıdığı üçün işə prokurorluq baxır. Biz bu məsələ ilə bağlı rəsmi qurumlara müraciətlər ünvanlamışıq və xahiş edirik ki, Mirzə Sadıqov cinayət məsuliyyətinə cəlb edilərək barəsində hüquqi tədbirlər görülsün”.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib. 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…