- 28.10.2025 13:32
“Real”ın ulduzu əsəbiləşib özündən çıxdı: “Komandadan gedirəm”
“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior komandadan getmək niyyətində olduğunu açıqlayıb.
Ulduz oyunçu “Barselona” ilə keçirilən “El-Klasiko” matçında əvəzləndiyi anda əsəblərinə hakim ola bilməyib.
Qarşılaşmanın 72-ci dəqiqəsində əvəz olunduğunu öyrənən Vinisius qəzəblənərək soyunub-geyinmə otağına yollanıb və bildirib:
“Komandadan gedirəm… getməyim daha yaxşıdır.”
Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu 2018-ci ildən “Real Madrid”in heyətində çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.
Xatırladaq ki, “Real Madrid” “El-Klasiko”da “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb./Milli.az/