- 29.10.2025 16:11
“Qarabağ”ın oyununa biletlər satışa çıxdı – İticket.az çökdü
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldıqdan sonra İticket.az saytında problem yaranıb.
Hazırda bilet almaq istəyənlər sayta daxil olmaqda çətinlik çəkir.
15:00-da biletlərin satışa çıxarılmasından sonra yaranan problem 1 saatdır ki, davam edir.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
