- 30.10.2025 12:53
Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Onun pul daşıyanları…” – ÖZƏL
Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevlər bağlı xəbərlər səngimək bilmir.
Proses.az xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib.
Ramiz Mehdiyevə qarşı “dövlətə xəyanət” maddəsi ilə ittiham böyük rezonans doğurub və çoxsaylı ehtimallara yol açıb.
Bu ehtimallardan biri R.Mehdiyev və ona bağlı şəxslərin qanunsuz yolla ələ keçirdikləri külli miqdarda sərvətdən xaricdəki antiazərbaycan qüvvələrin nəzarəti altında olan və “mühacir” statusu almış şəxslərdən Azərbaycana qarşı istifadədir. Bəzi iddialara görə, xaricdə “söyüş müxalifəti” adlanan dəstəni bu komanda maliyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı “ifşaedici” məlumatlar, yaxud yüksək çinli şəxslərin istifadə etdiyi telefon nömrələri təqdim edilir.

Sözügedən məsələ ilə bağlı Proses.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyevin ətrafında toplanmış şəxslər dövlət daxilində hələ də fəaliyyət göstərir və bəzi hadisələrdə onların izi var.
“Qazilərin pullarının kəsilməsi, onlara qarşı təzyiqlər kimi məsələlərin arxasında da Ramiz Mehdiyevin qaranlıq dairələri dayanırdı. Məqsəd xalq arasında narazılıq yaratmaq, orduda inamsızlıq formalaşdırmaq idi”,-deyə partiya sədri bildirib.
Hafiz Hacıyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu məsələləri araşdırır və prosesə ciddi şəkildə nəzarət var:
“Mən zaman-zaman Ramiz Mehdiyevin Əli Kərimli və onun kimiləri maliyyələşdirməsi haqqında danışmışam. Mən bunları boşuna demirdim. Faktlara istinad edib danışırdım. DTX çox peşəkar qurumdur, oradakı müstəntiqlər təcrübəlidirlər. Ona görə də burada səhv ola bilməz. Hazırda istintaq aparılır, kim kimlə əlaqəlidirsə, hamısı müəyyən ediləcək. Bəzilərinə ölkədən çıxmaq qadağası qoyulub, onların telefonları izlənilir. Hər şey dövlətin nəzarətindədir. Ramizin böyük media qurumları da var. Onlar çalışırlar ki, bu məsələni öz istədikləri kimi yönləndirsənlər. Amma buna nail ola bilməyəcəklər. Çox qısa müddətdə bir çox faktların üstü açılacaq. Hazırda da açılmaqda davam edir”.
Hafiz Hacıyev bəzi şəxslərin dərhal məsuliyyətə cəlb olunmasının vacibliyini də vurğulayıb:
“Ramiz Mehdiyevin maliyyə işlərinə rəhbərlik edən şəxslərdən biri, onun pul daşıyanı Elton Məmmədov təcili həbs edilməlidir. Hazırda aparılan əməliyyatlar barədə faktlar mövcuddur və bunlar yoxlanılır. Çox qısa müddətdə faktların hamısı üzə çıxacaq. Kim dövlətə qarşı olubsa, hamısı cavab verəcək. Dövlət özünü qorumağı bacarır”.
Ayşən Azadova
Proses.az