- 09.11.2025 20:24
Nanə Ağamalıyeva onunla fotosunu paylaşıb,ŞƏRH BÖLÜMÜNÜ BAĞLADI – FOTO
Xəbər verdiyimiz kimi,dünən Azərbaycanda möhtəşəm Hərbi Parad baş tutdu.
Hərbi Paradın aparıcılarının müzakirə mövzusu olması barədə məlumat vermişdik.
Bir sıra sosial şəbəkə istifadəçiləri paradın aparıcıları Mümtaz Xəlilzadə və Nanə Ağamalıyevanı tənqid etmişdi.
Aparıcı Nanə Ağamalıyeva tədbirdən sonra həmkarı ilə fotosunu paylaşıb.Ancaq aparıcı paylaşımın şərh bölümünü bağlayıb.
O, fotoya bu şərhi verib:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu günkü tədbirində dəyərli həmkarım, Hərbi paradın aparıcısı Mümtaz Xəlilzadə ilə aparıcı qismində çıxış etdik.Bayramımız mübarək !
