- 15.11.2025 13:09
Gəncədə krimininal aləmlə bağlı şəxsin oğlu öldürüldü — TƏFƏRRÜAT
Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub.
Proses.az xəbər verir ki,APA-nın məlumatına görə, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov “VAZ 2107”-in sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib.
Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib.
Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin “VAZ 2107” ilə onu qəsdən vurduğu bildirilir.
Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.
