- 19.11.2025 16:37
Prezidentdən Kamran Əliyevlə bağlı Sərəncam
Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Bayram oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Proses.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, noyabrın 18-i baş prokuror Kamran Əliyevin 60 yaşı tamam olub.