• 19.11.2025 22:37

“Elm qurtaranda Allahı çağırırıq” – Azərbaycanda da güclü zəlzələ olacaqmı? – AÇIQLAMA

“Elm qurtaranda Allahı çağırırıq” – Azərbaycanda da güclü zəlzələ olacaqmı? – AÇIQLAMA

Son zamanlar Türkiyə və İran ərazisində güclü zəlzələlər qeydə alınır. Regional seysmik aktivlik nəzərə alınaraq, Azərbaycanda yeraltı təkanların intensivliyinin artması ehtimalı barədə nə deyə bilərsiniz? Hazırkı seysmik vəziyyət ölkəmiz üçün güclü və ya hiss edilən zəlzələlərin baş verməsi riskini artırırmı, yoxsa mövcud geoloji şərtlər bunu məhdudlaşdırır?

Məsələ ilə bağlı Proses.az-a danışan AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev regional prosesi və Azərbaycandakı vəziyyəti şərh edib.

Ekoloqdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Xəzər dənizi gizli borularla  çirkləndirilir" - Oxu.az

Mütəxəssisin sözlərinə görə, Azərbaycan dünyanın ən geniş və aktiv tektonik zonalarından biri olan nəhəng seysmik kəmərin üzərində yerləşir. Bu kəmər Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanır və Avrasiya nəhəng tektonik plitəsini özündə birləşdirir.

“Azərbaycan, Türkiyə, İran – hamısı həmin böyük Avrasiya kütləsinin üzərində dayanır. Bu ərazilərdə baş verən bütün zəlzələlərin kökündə eyni səbəb dayanır. Afrika və Ərəbistan plitələrinin hər il 2-3 sm sürətlə şimala doğru sıxılması nəticəsində Yer qabığında fasiləsiz gərginlik yaranır. Bu güc gecə-gündüz, ilboyu davam edir və nəticədə seysmik hadisələr qaçılmaz olur”, – deyə o bildirib.

Ənvər Əliyev qeyd edib ki, prosesin fasiləsiz olması bütün regionu risk altında saxlayır, lakin Azərbaycan müəyyən mənada daha sığortalanmış zonada yerləşir:

“Bu gün İranda baş verir, sabah Əfqanıstanda ola bilər. Bizim ərazimiz isə nisbətən daha stabildir və dağıdıcı zəlzələ təhlükəsi bir qədər azdır. Amma bu o demək deyil ki, risk yoxdur. Sadəcə qorxuya düşmək lazım deyil”.

Mütəxəssis bildirir ki, əsas sual zəlzələnin olub-olmayacağı deyil, nə vaxt və hansı gücdə baş verəcəyidir:

“Hamı bilir ki, bu zonada zəlzələ olacaq – bu, Yer kürəsinin ən aktiv üç seysmik qurşağından biridir. Problem onun vaxtını və gücünü heç kimin bilməməsidir”.

Onun fikrincə, insan itkisini minimuma endirən əsas faktor tikinti sektorunda qaydalara əməl olunmasıdır:

“Yaponlar kimi tikinti sənayesinə ciddi yanaşmalıyıq. Harada necə tikmək, hansı məsafədə binalar inşa etmək, hansı konstruksiyalardan istifadə etmək – bunların hamısı müəyyən olunub. Əgər qaydalara əməl edilsə, Azərbaycanda baş verəcək zəlzələləri itkisiz keçirmək mümkündür”.

Ənvər Əliyev sözlərinin sonunda bu fikirə yer verib:

“Adətən elm qurtarandan sonra Allaha çağırırıq. Ona görə də əvvəlcə elmi, tikinti normalarını, təhlükəsizlik qaydalarını tətbiq etməliyik”.

Ayşən Azadova
Proses.az

 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…