- 20.11.2025 13:25
Nəriman Həsənzadənin vəziyyəti ağırlaşdı – xəstəxanaya yerləşdirilib
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.
Proses.az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik xəstəxananın baş həkimi Kamran Musayev məlumat verib.
“Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir, müalicəsi davam etdirirlir”, – o bildirib.