- 26.11.2025 12:11
Qadın iş yerinin önündə bıçaqlandı – Qardaşı saxlanıldı
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Minayə Nəbiyeva bıçaqlanıb.
Hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi, Şəmkir şəhəri ərazisində yerləşən kafenin qarşısında baş verib.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.
Hadisəni törətməkdə M.Nəbiyevanın 20 yaşlı qardaşı Nurlan Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.