- 27.11.2025 13:17
“TikTok”da qeyri-etik paylaşımlar edən şəxs həbs edildi – FOTO
“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Proses.az xəbər verir ki həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib. E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
