• 28.11.2025 17:38

Ay mənim Arzu qızım… – Araşdırma

Ay mənim Arzu qızım… – Araşdırma

“…1968-ci il avqustun 11-də Azərbaycanın 5 milyonuncu sakini dünyaya gəlir. Bu əlamətdar günə respublika rəhbərliyi az qala bir ay əvvəldən hazırlaşır. Mərkəzi Komitənin Bürosu iyulun 16-da Azərbaycan Respublikasının 5 milyonuncu vətəndaşı barədə qərar qəbul edir. Qərarda deyilir ki, Mərkəzi Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycanın 5 milyonuncu sakini dünyaya gələcək. Mərkəzi Komitə bu doğumu təntənəli qeyd etmək, doğulan körpəni xatirə medalı, anasını isə qiymətli hədiyyə ilə təltif etməklə bağlı tapşırıq verir. Nəhayət, həmin gün gəlib çatır. Avqustun 11-də, gündüz saat 11.05-də o körpə dünyaya gəlir. Əli-Bayramlı şəhərinin doğum evində. Ana Sabirabad rayonundakı Jdanov adına kolxozun pambıqçısıdır – Vladimirovka kəndinin sakini Meyxanım Mikayılova. Körpənin adını Arzu qoyurlar. İndi həmin xanımım 55 yaşı tamam olmalıdır. Harada yaşayır? Yaşayırmı? Bilmirik… “

Sitat olduğu kimi, nöqtəsinə, vergülünə toxunulmadan İctimai TV-də yayımlanmış “XX yüzillik. Faktlar, hadisələr və insanlar” verilişindən götürülüb. Tanınmış jurnalist Müsəllim Həsənovun müəllifi olduğu bu veriliş efirə getdiyi dövrdə böyük populyarlıq qazanmışdı. Hər buraxılışı ötən əsrdə Azərbaycanın bir ilinə həsr edilmişdi. 1968-ci ildə baş verənlərlə bağlı növbəti buraxılışı isə 2 il əvvəl efirdə yayımlanıb.

5 milyonuncu vətəndaşımızla bağlı hissə sosial şəbəkədə təsadüfən rastıma çıxdı. Müsəllim müəllimin “Harada yaşayır? Yaşayırmı? Bilmirik…” suallarına  instiktiv cavab verdim: “Taparam!” Və beləcə, Arzunun axtarışlarına başladım.

***

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında 57 il əvvəlin qəzetlərini vərəqləyirəm. 5 milyonuncu vətəndaşımızla bağlı xəbərlər o dövrün mətbuatında Arzunun dünyaya gəlişindən 4 gün sonra – avqustun 15-də tirajlanıb.  “Bakinski raboçi” qəzetində “Salam, 5 milyonuncu Azərbaycan sakini”, “Bakı”nın səhər buraxılışında “Biz 5 milyonuq!”, “Vışka”da “Azərbaycanda 5 milyonuncu vətəndaş doğuldu” sərlövhələri ilə gedən məqalələrin məğzi demək olar ki, eynidir. Yazılarda əlamətdar hadisə ilə bağlı Mərkəzi Statistika İdarəsinin sədr müavini Ş.M.Əfəndiyevin fikirləri və bəzi statistik məlumatlar yer alıb. Fərqlilik “Kommunist” qəzetinin əməkdaşı Bariz Əsədovun hazırladığı “Beş milyonuncu” başlıqlı reportajda hiss olunur. Jurnalist avqustun 11-də Mərkəzi Statistika İradəsində yaşananları oxuculara çatdırmaqla yanaşı, Statistika İdarəsinin mədəniyyət, səhiyyə və əhali statistikası şöbəsinin rəisi, 5 milyonuncu vətəndaşın müjdəsini verən Yekaterina Pavlovna Rodionovanın, Əli Baryamlı (indiki Şirvan – red.) Doğum Evinin baş həkimi Elmira Mirzəyevanın, Vladimirovka Kənd Sovetinin katibi Maqsud Mustafayevin fikirlərini, hətta Arzunun atası Ələkbər Mikayılovla qısa müsahibəni təqdim edib:

– Bizim sevincimizə şərik olduğunuz üçün çox sağ olun. Ailəmizə göstərilən qayğıdan ötrü partiya və hökumətimizə minnətdarlığımızı bildiririk. “Kommunist”in bütün oxucularına da belə şad günlər arzulayırıq.

– Qızınıza ad qoymusunuzmu?

– Bəli. Arzu!

Ertəsi gün, avqustun 16-da Azərbaycan Teleqraf Agentliyinin fotomüxbiri F.Əliyevin Əli Bayramlı doğum evindən çəkdiyi şəkil qəzetlərdə dərc edilir, Azərbaycan xalqı 5 milyonuncu vətəndaşı və onun anası ilə tanış olur.

Yeri gəlmişkən, arxivdəki qəzetləri vərəqləyərkən qarşıma bəzi maraqlı məlumatlar da çıxdı. Məsələn, 1920-ci ilin sonunda Azərbaycanın əhalisi 1 milyon 952 min, 1939-cu ilin yanvarında 3 milyon 205 min, 1959-cu ilin eyni ayında isə 3 milyon 698 min nəfər olub. Başqa maraqlı fakt: 1968-ci ildə Azərbaycan SSRİ-də “ən gənc xalq” imiş. Əhalinin 45 faizini 15 yaşınadək uşaqlar təşkil edirmiş. Və yaxud, qəzetlərin yazdığına görə, Azərbaycan uzunömürlülərin nisbi sayına görə dünyada birinci imiş. Yəni hər 100 min əhaliyə yaşı 100-dən çox olan 84 nəfər düşürmüş.

***

Arzunun “izinə” düşmək çətin olmadı. Şirvan şəhərindəki tanışlarım vasitəsilə onun böyük əmisi Heydər Mikayılovun oğlu Əzizağa Mikayılovu tapa bildik. 68 yaşlı Əzizağa kişi indi qonşu Qarağac kəndində yaşayır. Uzun müddət Ağaşirin Mikayılov adına Zalqaraağac kənd orta məktəbində müəllim işləyib. Hazırda təqaüddədir. Ağaşirin Mikayılov da Arzunun əmisi oğludur. Birinci Qarabağ müharibəsində şəhid olub. Mikayılovlar ailəsi əslən Qərbi Azərbaycandandır. Ötən əsrin 50-ci illərində Vedi rayonunun Kotuz kəndindən ukraynalıların məskunlaşdığı Xersonovkaya köçürülüblər. Dolaşıqlıq olmasın deyə, kiçik izah: Mikayılovlar ailəsi Sabirabadın Xersonovka, indiki Nəsimikənd kəndində yaşayırdı. Xersonovka isə indi Nizamikənd olan Vladimirovka sovetliyinə daxil idi.

1937-ci il təvəllüdlü Ələkbər kişi ilə 1945-ci ildə dünyaya gəlmiş Meyxanım 60-cı illərdə ailə qurublar. Özü də yaxın qohum olublar – dayıqızı və bibioğlu. Bütün bunları Əzizağa müəllim mənə sonradan danışdı. Ona ilk sualım isə Arzunun harada olması ilə bağlı idi. Cavab üzücü oldu: “Arzu 8 aylığında qəflətən vəfat edib”.

Ümumiyyətlə, o ailədən cəmi bir nəfər həyatdadır. Meyxanım Mikayılova 30-40 il əvvəl haqq dünyasına qovuşub. Ələkbər kişi isə 2014-cü ildə. Ailənin 4 övladı olub. Yalnız böyük qızları – Arzudan 2 yaş böyük Şəlalə Mikayılova sağdır.

***

Şəlalə xanımın Arzu doğulanda cəmi 2 yaşı var imiş. Olanları təbii ki, xatırlamır, valideynlərindən eşidib: “Anam deyirdi ki, bacım “top” kimi uşaq olub. Hər həftə həkimlər gəlib yoxlayırdılar. Axırıncı yoxlanışdan bir gün sonra qızdırması qalxdı, qəfildən əlimizdən getdi. Səbəbini də heç kim bilmədi”.

Arzunun vəfatı təbii ki, ailəyə böyük zərbə idi. Amma daha böyük dərdlər irəlidə imiş. Arzudan sonra ailədə daha iki uşaq doğulub – Mətanət və Vüqar. Hər ikisi də körpə ikən ölüb: “Elə bil lənətlənmişdik, göz dəymişdi. Arzudan sonra dünyaya gələn Mətanətlə Vüqar da çox yaşamadı. Anam mən gənc olarkən dünyasını dəyişdi. Atam isə 11 il əvvəl”.

Bir neçə il bundan qabaq Şəlalə xanım Nəsimikənddəki ata yurdunu satıb. İstəməyib ki, ev baxımsızlıqdan dağılsın. Neftçalanın Xıllı qəsəbəsinə gəlin köçüb, elə həmin qəsəbədəki Nərə Balıqartırma Zavodunda işləyib. Hazırda ailəsi ilə Bakıda yaşayır, bir qızı, bir oğlu var. Başqa sözlə, Ələkbər kişi ilə Meyxanım ananın iki nəvəsi var. Yeri gəlmişkən, Şəlalə xanımın oğlu Babayev Mirsalam Asif oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, qazidir.

Həm Əzizağa kişi, həm də Şəlalə xanımla söhbətimizdə hər ikisi maraqlı məqama toxundular. Onların iddialarına görə, həmin dövrdə Zeynəb Xanlarovanın ifasında məşhurlaşan “Ay mənim Arzu qızım” mahnısı məhz Arzu Mikayılovaya həsr edilibmiş. Yüngülvari araşdırmadan sonra məlum oldu ki, əslində, mahnı Arzudan 2 il əvvəl “doğulub”. Bəstəkar Ələkbər Tağıyevin İsgəndər Coşqunun sözlərinə bəstələdiyi “Ay mənim Arzu qızım” mahnısının bir mənbədə 1966-cı ildə ilk dəfə Zeynəb Xanlarova tərəfindən ifa edildiyi bildirilir. Onu da öyrəndim ki, mahnı elə həmin il Azərbaycan Radiosunun fonotekasına qeydiyyata alınıb.

Şəlalə xanımda ailəsi haqqında ancaq xatirələri qalıb. Bir də Arzunun medalyonu – üzərində Azərbaycan və rus dillərində “Azərbaycan SSR-nin 5 milyonuncu vətandaşına” yazılmış medalyon. 57 il əvvəlin qəzetlərinin yazdığına görə, təmiz qızıldandır. Sonradan məlum olub ki, qızıl suyuna çəkilib. Yazının girişində Mərkəzi Komitənin qərarı ilə 5 milyonuncu vətəndaşın anasına qiymətli hədiyyələr verilməsi ilə bağlı cümlə var idi. Maraqlıdır, Meyxanım Mikayılovaya nə hədiyyə etmişdilər? Şəlalə xanımın sözlərinə görə, verilən medalyon, qızıl bilərzik, beşik və digər xırda-xuruş hədiyyələrdən savayı, rəhbər şəxslər Mikayılovlar ailəsinə Bakıda mənzil, avtomobil də söz vermişdilər: “Anam deyirdi ki, 2-3 dəfə Bakıya gediblər. İçərişəhərdə 3 otaqlı mənzil bağışlamışdılar. Mənzilə baxıblar, çox bəyəniblər. Atama da avtomobil, heyvan boyun olmuşdular. Arzu sağ ikən vermədilər. Öləndən sonra isə…” Arzu öləndən sonra ev, avtomobil söhbəti də “ölüb”, heyvan da. Belə…

***

Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-ə olan məlumatına görə, Azərbaycanın əhalisi 10 milyon 224,9 min nəfər olub. 2026-cı ilin astanasındayıq. Təbii ki, artım var və 1-2 ilə 11 milyonuncu vətəndaşımız dünyaya gələcək. Buna kimi isə illər əvvəl – 2010-cu il yanvarın 15-də Naxçıvanda Azərbaycanın 9 milyonuncu vətəndaşı doğulub. Əhmədovlar ailəsinin 2-ci övladı olan bu körpəyə Prezident İlham Əliyevin şərəfinə İlham adı qoyulub. 9 il sonra aprelin 6-da Bakıda 10 milyonuncu vətəndaşımız dünyaya gəlib. Rauf Həsənov və Nigar Ocaqova qızlarını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırıblar. İlham Əhmədovun hazırda 15 yaşı var. Mehriban Həsənova isə artıq məktəblidir. Bəs 6, 7, 8 milyonuncu vətəndaşlarımız? İnternet resurslarda onlar haqqında məlumat yoxdur. Müsəllim Həsənovun təbirincə desək, harada yaşayırlar? Yaşayırlarmı?

Taparam…

İlqar TAĞIYEV

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…