- 29.11.2025 21:46
Saleh Rüstəmli də saxlanıldı – Bakıya gətirilir
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli saxlanılıb.
Proses.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.
Onun Gədəbəydən Bakıya gətirildiyi bildirilir.
Xatırlatma: Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. S.Rüstəmli 2022-ci ilin may ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.