- 03.12.2025 17:08
İcra başçısı psixoloqu işdən çıxardı
Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Niyazi Əliyev vəzifəsindən azad edilib.
Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Süleyman Mikayılov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Niyazi Əliyev bir müddət əvvəl tutduğu vəzifədən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.