- 09.12.2025 15:43
Müğənni qəza etdi – Atası və 2 yaşlı övladı öldü
Muğam ifaçısı Məftun Məmmədov ağır qəza edib.
Məftun Məmmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Zərdabda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı da qəza nəticəsində dünyasını dəyişib.
Belə ki, Məftun Məmmədovun atası İntiqam Məmmədov, həmçinin onun 2 yaşlı oğlu Tunar Məmmədov qəzada həlak olub.
Avtomobildə olan digər şəxslər Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam isə xəsarət alıblar./Milli.az/
