• 10.12.2025 13:05

“Heydər Əliyev yanımda Ramiz Mehdiyevə zəng edib dedi ki…” – Prezidentin fotoqrafı

“Heydər Əliyev yanımda Ramiz Mehdiyevə zəng edib dedi ki…” – Prezidentin fotoqrafı

Uzun illər Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov dövlət protokolundan kənarda qalan anların da səssiz şahidi olub. Onun obyektivindən keçən kadrlar ölkənin siyasi tarixində mühüm mərhələləri, Heydər Əliyevin özəl anlarını əks etdirir.

Yüz minlərlə tarixə düşən kadrın müəllifi olan Rafiq Bağırov “Yeni Sabah”a müsahibəsində həm peşə yolundan, həm də ölkə tarixinin pərdəarxası məqamlarından danışır.

– Heydər Əliyevlə birlikdə işləməyə necə başladınız?

– Atam mətbuat sahəsində çalışan insan olub. “Kommunist” qəzetində təbliğat-təşviqat şöbəsinin müdiri olmuşdu. Axırıncı iş yeri “Elm və Həyat” jurnalı olub. O vaxtlar informasiya əldə etmək çox çətin idi deyə, atam jurnal üçün şəkilləri evdə çıxarırdı. Çoxuşaqlı ailəydik. Amma övladları arasında ancaq mənim marağım vardı bu sənətə. Onun yanında oturub saatlarla əlinə baxıb öyrənirdim. Belə-belə həvəsim getdikcə artmağa başladı.

132 nömrəli məktəbi bitirəndən sonra AZTV-yə işə girdim. Orda kino şöbəsində sıravi işçi kimi başladım. Burda fotonu daha da mükəmməl öyrənmək üçün kiçik laboratoriya yaratdım. Az müddətdə kino sexinin rəisi vəzifəsinə yüksəldim. Orda işləyə-işləyə foto sənəti ilə də məşğul olurdum. Yaxşı fotoqraf olmaq üçün yaxşı aparatların olmalıdır. Sovet dövründə yeni fotoaparatları əldə etmək çətini idi, amma həvəsliydim  deyə müxtəlif yollarla onları əldə edirdim. Məndə olan fotoaparatlar Azərbaycanda heç kimdə yox idi. Çox yüksək səviyyəli fotoaparatlarım vardı.

– Kino sexində işləyirdinizsə, fotoları niyə çəkirdiniz?

– Özüm üçün çəkirdim. 60-dan çox əməkdaşın olduğu sexin rəisi idim. Boş vaxtlarımda hobbi kimi çəkirdim, Azərbaycanda ilk rəngli şəkil çıxaranlıardan olmuşam. O dövrdə ən müasir fotoaparatım olduğuna görə, yayılmışdı ki, bu, yaxşı fotoqrafdır. Günlərin bir günü mənə belə bir təklif oldu ki, Ali Sovetin sədri seçilmiş Heydər Əliyevin prezidentliyə namizəd kimi təbliğat şəkillərini çəkmək lazımdır. Məndən əvvəl çəkilən şəkilləri Heydər Əliyev bəyənməmişdi. Bu işlə bağlı mənə təklif olanda dedim ki, elə bir böyük şəxsiyyətin şəklini çəkə bilmərəm. Çünki mən özümü professional saymırdım. Çəkdiklərimi ancaq özümçün edirdim.

Nə isə, məni dilə gətirdilər, çəkilişə razılıq verdim, Heydər Əliyevin şəkillərini çəkdim. Çəkilişdən sonra şəkilləri göstərmək üçün yenidən Ali Sovetə gəldim. Çəkdiyim şəkillərə baxdıqdan sonra Heydər Əliyev mənə yaxınlaşdı və dedi ki, sən mənimlə işləyəcəksən. Ona dedim ki, axı, mən işləyirəm. Mənə diqqətlə baxdı və təkrar etdi: “sən mənimlə işləyəcəksən”.

Bu mənimçün çox qorxulu təklif idi. Çünki mən ömrümdə belə bir operativ işdə işləməmişəm və özümü professional hesab etmirdim. Amma Heydər Əliyev çəkdiyim kadrları bəyəndi və məni işə qəbul elədilər. 1993-cü ildə Heydər Əliyev prezident seçiləndə ilk verilən əmrlərdən biri mənim Prezident Aparatına məsləhətçi vəzifəsinə təyin olunmamla bağlı oldu. 1993-cü ildən 2003-cü ilə qədər onun bütün səfərlərində, görüşlərində şəkillər çəkmişəm. Heydər Əliyev nadir hallarda istirahət edirdi. O anlarında da, ailə tədbirlərində də – hamısında mən iştirak etmişəm.

– Heydər Əliyevin çox sərt baxışları vardı. Hər zaman yaradıcı mühitdə olan bir şəxs kimi ciddi nizam-intizamın tələb olunduğu bir ortamda rahat ola bilirdinizmi?

– Onunla işləməyə alışmaq üçün vaxt lazım idi. Çünki inzibati sistemdə çalışmadığıma görə bir-iki dəfə yanlışlarım olmuşdu. İşə qəbul olunandan sonra o məni çağırdı və öz tələblərini qarşıma qoydu.

– Tələbləri nə idi?

– Məsələn, dedi ki, mən sənə icazə verirəm, əgər üstümdə əgər-əksik bir şey görsən, məsələn, qalstuk bir az əyridir və ya köynəyimin yaxasında səliqəsizlik  varsa, mən sənə icazə verirəm, mənə yaxınlaşıb deyə bilərsən. Amma 10 ildə bir dəfə də olsun, elə bir şey görmədim onda. Çünki o çox səliqəli adam idi. O qədər səliqəli idi ki… Evdən çıxanda mütləq özünə diqqət etdikdən sonra evdən çıxırdı. Bu anların şəkilləri də var.

Çox tələbkar idi. Jurnalistlərə, onların işinə çox böyük hörmətlə yanaşırdı. Jurnalistlərin prezidentin həyatında hansı rol oynaya biləcəyini çox yaxşı bilirdi. Prezidentlərin hər addımı tarixdir. Bu tarix ya fotoya, ya da videoya köçürülməlidir. Ölkənin birinci şəxsinin tarixi fotosalnaməsini yaratmaq məsuliyyəti mənim üzərimə düşdüyü üçün özümü xoşbəxt sayıram. Yatıb yuxumda da görə bilməzdim ki, o böyüklükdə şəxsiyyətlə işləyəcəyəm.

Jurnalistlərə də çox qayğılı adam idi. Qıraqdan o, çox zəhmli görünürdü. Ancaq həyatda o qədər zarafatcıl adam idi ki… Mən onun bir çox zarafatlarını görmüşəm. O bağışlamağı da bacarırdı. Onun ən yaxşı cəhətlərindən biri, ona kimsə biri haqqında nəsə deyəndə, o adamı çağırtdırıb, o adam haqqında deyiləni təkrar etdirib yerindəcə araşdırırdı. Bununla da qarayaxmanı, doğrunu, yalanı öyrənib qərar qəbul edirdi. Elə olub ki, mənimlə bağlı kimsə ona nəsə deyib, deyən adamın yanında məni çağırtdırıb araşdırıb. Rəhbərin belə hərəkəti çox düzgün cəhətdir. Birinci sözə aldanmayan idi.

– Heydər Əliyevdən başqa digər yüksək vəzifəli məmurlarla da ünsiyyət imkanınız olub. Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevlə münasibətləriniz necə idi?

– 1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib.

Telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, “sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın”, deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına. Məni çox hirsli qəbul elədi. Dedi, sən niyə gedib məndən prezidentə şikayət eləmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim?  Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Ramiz Mehdiyevin ən pis xüsusiyyətlərindən biri kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmaması, kinli olmasıydı. Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin tutdu.

– Heydər Əliyev fotolarının çəkilməsi ilə bağlı sizə şərtləri tövsiyyələri nələr idi?

– Heydər Əliyev o qədər fotogenik adam idi ki, onu hansı yöndən çəksən də yaxşı çıxırdı. Onun yanında işə başladığım ilk iki-üç il ərzində qəzetlərə gedəcək kadrları seçib Heydər Əliyevin razılığını alıb çapa göndərirdik. Bir gün mənə dedi ki, görürəm, bizim zövqlərimiz uyğundur. Sən hansı şəkli seçib gətirmisənsə, bəyənmişəm. Bundan sonra seçdiyin şəkli mənimlə məsləhətləşmədən mətbuata verə bilərsən.

Səfərlərdən birində mətbuatı danışıqlara buraxmamışdılar. Heydər Əliyev dəhlizə çıxdı və niyə Azərbaycandan gələn media təmsilçilərinin içəridə olmadığını soruşdu. Jurnalistlər dedi ki, qapıda 3 nəfər durub bizi buraxmadı. Ulu Öndər cavab verdi ki, jurnalistlər qapıdan buraxmırlarsa, bacadan girməlidir..

– Müəllifi olduğunuz şəkillərə baxanda Heydər Əliyevin prezidentlik dövrünün bütün anlarına aid epizodlar var – xarici və daxili səfərlər, tədbirlər, görüşlər, ailəiçi görüşlər…Və bütün bunları alternativsiz olaraq siz çəkmisiniz. Bu da bir fotoqraf üçün çox gərgin iş qrafiki deməkdir…

– Heç vaxt şikayət etməmişəm. Onunla işlədiyim 10 ildə demək olar ki, mənim nə şənbə-bazar günüm, nə də məzuniyyətim olub. İşə səhər 9-da gedirdim, axşam 11-də, 12-də evə qayıdırdım. Bununla fəxr edirəm. Dünya siyasətinin liderilərindən biri ilə işləmək hər adama nəsib olmur. Həmişə Allaha dua edirdim ki, səhvim olmasın.

– Heç alındıra bilmədiyiniz kadrlar olmuşdumu?

– Böyük problemim olmayıb. Çünki mən həmişə iki fotoaparatla çəkirdim. Alternativ kadrlarım olurdu. Məsələn, ABŞ prezidenti ilə görüşə həmişə iki aparatla girirdim. Eyni anları digər aparatımla da çəkirdim. O vaxtlar şəkillər fotolentlərlə çəkilirdi. Bu da çox ağır proses idi. Çünki çəkdiyini görmürsən. İndiki rəqəmsal aparatla ancaq düyməni basırsan, hər şeyi özü edir. Çəkdiyinə də o dəqiqə baxa bilirsən və şəklin alınıb-alınmadını anlayırsan. Təsəvvür edin ki, uzaq Amerikada fotolentlərlə şəkil çəkirdik, 4-5 gün içimiz göynəyirdi ki, şəkil alınacaqmı ya yox. Gəlirsən Bakıya, hazırlıq prosesində işıq sönə, fotolent xarab ola bilər. Min şükür ki, bunların heç biri olmadı. Bunun nəticəsidir ki, Ulu Öndərlə bağlı 800 minə yaxın şəkillərim var. Ancaq rəqəmsal aparatım olsaydı, bu rəqəm 10 milyona gəlib çıxardı.

Ulu Öndər bir dəfə məni çağırıb dedi ki, həmişə yanımda olursan. Çəkdiyin şəkilləri niyə istifadə eləmirsən? Ondan sonra mən “Həqiqət kimi sadə” kitabı üzərində işləməyə başladım. Özü kitabın siqnal nüsxəsini gördü.

– 10 ildən artıq gərgin iş rejimindən sonra təqaüdçülük həyatını necə qarşıladınız?

– İlk dövrlərdə çox darıxırdım. Sonra düşündüm ki, insan gərək bir az da özü üçün yaşasın. Bir oğlum, bir qızım var. Onların qayğıları ilə məşğul olmaq indi mənə iş kimi gəlir.

Mən çox gec evlənmişəm. Şəxsi həyatım yadıma düşmürdü. Mən heç evdə tapılmırdım. Həmişə ezamiyyətlərdə, tədbirlərdə olurdum.

– Xatirələrinizi yazıya çevirmək fikrinizdən keçibmi?

–  Məndən böyük qardaşım Azərbaycan radiosunda xarici verilişlər redaksiyasının direktoru işləyirdi. O mənə təklif eləmişdi belə bir kitab yazmağımı. Mən də bir neçə xatirəmi yazmışdım. Amma sonra qardaşım xəstələnib vəfat etdi deyə kitab qaldı.

– Məktəbinizi yaratmağı düşünmüsünzmü?

– Müraciət edənlərə təcrübəmi paylaşmışam. Amma məktəbimi açmaqçün gərək yer kirayələyəsən, daimi bu işlə məşğul olasan. Bir söz də deyim: 10 ildən artıq müddətdə o qədər gərgin işlədim ki, indi fotoaparat görəndə üzümü yana çevirirəm (gülür). Saysız həyəcanlar, gərginliklər, riskli anlarım yadıma düşür. İşdən doymuşam, indi dincəlmək istəyirəm.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…