• 10.12.2025 15:02

“O heykəli atam sifariş edib” – Anar heykəltətaş qızının iradlarından inciyib?

“O heykəli atam sifariş edib” – Anar heykəltətaş qızının iradlarından inciyib?

“Bir təklif irəli sürdüm, bilmədim ki, bu qədər böyüyər. Hər şeyi qalmaqala çevirirlər. Restoranın da yerini çətin dəyişələr. Orada da cəmi 2 dəfə olmuşam. Müdürü də iddia edir ki, daima gedib orada oturub yemək yeyirəm. Ona görə də restoranın işinə qarışmıram”.

Bu sözləri “Yeni Sabah”a  Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

Xalq yazıçısı bildirib ki, Həsən bəy Zərdabinin heykəlinin restoranın qabağında olması yaxşı görüntü yaratmır:

“Mən yenə də o fikirdəyəm ki, Həsən bəy Zərdabinin heykəlinin restoranın qabağında olması düzgün deyil. Təklif edirəm ki, Şəhriyar klubu ilə üz-üzə olan Pedaqoji Universitetin bağçasına köçürülsün. Həm universitetə yaxındır, həm də görməli yerdir”.

O, heykəlin müəllifi mərhum Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyovanın iradlarını cavablandırıb:

“Əsməri də çox istəyirəm. Toğrul Nərimanbəyovun qızıdır. Elmiranı da çox istəyirdim. O heykəli də atam (Rəsul Rza – red.) sifariş edib. Elmira xanımdan xahiş etdi, orada Zərdabinin heykəlini ucaltdılar. Atam sonra Ensiklopediyadan getdi, heç heykəli də görmədi. Lakin təşəbbüs onun idi.

Təklif etdim. Qəbul edərlər-etməzlər, canları sağ olsun. Əsmər də məndən nahaq inciyir. Bilir ki, onların ailəsinə böyük hörmətim var”.

Xatırlatma: AYB-nin sədri Anar Rzayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib.

Həsən bəy Zərdabinin abidəsinin müəllifi, Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova bu təklifə etirazını bildirib.

O qeyd edib ki, abidənin yerinin dəyişdirilməsi onun müəllifinə, yəni anası, Azərbaycanın əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı hörmətsizlikdir:

“İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu abidənin müəllifinə, anama, Azərbaycanın Əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də hörmətsizlikdir.

Dünyanın hər yerindəki abidələr şəhərləri bəzəyib; onların ətrafında və ya yaxınlığında restoranlar və başqa hər şey tikilə bilərdi. Bu, onları heç də korlamadı. Əgər bir şey sizi narahat edirsə, o restorana diqqət yetirin və onu başqa yerə köçürün. Mövcud nizam pozulmamalıdır; bu abidə öz üslubu və kompozisiyası ilə köhnə şəhərlə bağlıdır. Vəziyyəti bu qədər az insanın başa düşməsi təəssüf doğurur”..

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…