• 13.12.2025 12:35

“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar…”

“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar…”

“Lux İnternational Hospital”a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar”.

Proses.az xəbər verir ki, bu iddia ilə “qafqazinfo”ya vətəndaş Könül Həmzəyeva müraciət edib. Şikayətçi təxminən ay yarım əvvəl digər özəl klinikaların birində arıqlamaq üçün göbək ətrafına iynə vurdurub. Ehtimal edir ki, ondan sonra səhhətində problem yaranıb.

K.Həmzəyeva daha sonra kəskin mədə ağrısı, ürəkbulanma əlamətləri ilə “Lux İnternational Hospital”a müraciət edib: “Noyabrın 28-i özümü pis hiss elədim, təcili yardım çağırdım və məni ora apardılar. Depozit ödədim, 2 gün xəstəxanada müayinə olundum və ağrılarım kəsdiyi üçün evə buraxıldım. Lakin yenidən kəskin sancı tutdu, dekabrın 2-si klinikaya müraciət etməli oldum, ayın 5-dək orada qaldım. Yenidən məndən depozit aldılar, KT, qastroskopiya müayinəsindən keçirdilər. Həkim gəlib dedi ki, “KT yaxşı çıxmayıb, kista, mioma, bağırsağında şiş var, mədən yara içərisindədir və sairə”. Çox narahat oldum, panik atak keçirdim. Bu dəfə MRT elədilər. Günorta ayıldım ki, yanıma resept qoyulub, yazılıb ki, bu gün çıxışınız var. Mən də sual verdim ki, axı xəstəni bu vəziyyətdə evə necə buraxa bilərsiniz? Dedim ki, həkim yaxınlaşıb xəstəliyimlə bağlı məlumat versin. Məni qorxutmusunuz, oturub ancaq internetdə xəstəliklə bağlı məlumatlar araşdırmışam. Dedilər ki, gedin, birinci gün gələrsiniz…”

K.Həmzəyeva həkim çağırılmasını tələb edəndə onu hədələdiklərini iddia edib: “Dedim axı bu qədər pul ödəmişəm, niyə məni müalicə etmirsiniz? Qabağıma 11 dərmandan ibarət resept qoyulub, bilmirəm suallarımı kimə verim. Mioma nə miomadır, bağırsaqdakı problem nədir? Onkoloji müayinə olunmalıyammı? Bu yazılan dərmanlar nə üçündür? Yenidən müayinəyə gəlməliyəmmi? Şikayət olunandan sonra həkim gəlib heç bir etik normanı gözləmədən “sən dincəldin, məni toydan yarımçıq çıxardın?!” dedi. Xəstə yarımçıq, öz diaqnozunu bilmədən necə çıxardıla bilər? Həkim yoxdursa, məni növbəti gün çıxara bilərdilər. Dedim ki, həkim gəlib mənə izah eləsin, sonra ödənişi edib çıxım. Baş həkim göstəriş verdi ki, “102-yə zəng edin çıxarın, getsin”. Halbuki polis əməkdaşları da gəldi, məni dinlədilər və irad bildirdilər ki, xəstə ilə bu tərzdə danışmaq olmaz. Ödədiyim məbləğ müqabilində heç bir xidmət göstərilməyib. Məndən aldıqları ödənişin açıqlamasını istəyirəm. VİP otaqda qalmışam, bir tibb bacısını çağıranda 40 dəqiqəyə gəlirdi, xidmətdən narazıyam. Mənə hədə-qorxu gəldilər ki, “əgər ödəniş etməsəniz, çıxmağa qoymayacağıq”. Klinika tam özbaşınalıq etdi, bu davranışlarına görə üzr istəməlidirlər”.

Sadalanan ittihamlarla bağlı “Lux İnternational Hospital”a sorğu ünvanladıq. Tibb müəssisəsindən vətəndaşın şikayətinin araşdırıldığı deyilsə də, bu haqda açıqlama verə bilməyəcəkləri əlavə edilib. Qeyd edilib ki, vətəndaşın razılığı olmadan həkim sirrini təşkil edən məlumatların verilməli olduğu subyektlərin dairəsi qanunvericiliklə müəyyən edilib: “Qanunvericilik aktlarının tələblərinə əsaslanaraq nəzərinizə çatdırırıq ki, şikayətçi bilavasitə (və ya qanuni nümayəndəsi, yaxud etibarnamə üzrə nümayəndəsi vasitəsilə) “RR Medical Group” MMC-yə (Lux İnternational Hospitala) müraciət edərək sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və s. barədə məlumatları əldə edə, eləcə də özünün sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə tanış ola bilər. Həmçinin o öz iradə ifadəsi əsasında mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçməklə yuxarıda göstərilən məlumatları əldə edə bilər.

Göstərilənləri nəzərə alıb məlumatların tərəfinizdən əldə edilməsinə vətəndaşın (pasiyentin) qanunvericiliklə təsbit edilmiş qaydada razılığını təqdim etdiyiniz təqdirdə sorğunuzun cavablandırılması tərəfimizdən təmin olunacaq”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…