- 18.12.2025 16:30
Ana və övladını avtobus vurdu – Ölən var
Qubada bədbəxt hadisə baş verib.
Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyadalar – 1998-ci il təvəllüdlü Əminə Sahib qızı İsrafilova və övladını vurub.
Qəza zamanı qadın və onun azyaşlı övladı xəsarət alıb.
Onlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, Ə.İsrafilovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.