• 20.12.2025 16:12

Prezident İlham Əliyevin strateji Fərmanı: Sahibkarlığa dövlət dəstəyinin daha bir parlaq nümunəsi

Prezident İlham Əliyevin strateji Fərmanı: Sahibkarlığa dövlət dəstəyinin daha bir parlaq nümunəsi

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasında (AGTL) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 5 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası” geniş müzakirə olunub.

19 dekabr 2025-ci il tarixində AGTL-nin tərkibində fəaliyyət göstərən alt komitələrin nümayəndələrinin iştirakı ilə keçirilən birgə görüşdə Konsepsiyanın 8.1.3-cü bəndi və onun tətbiq mexanizmləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. İştirakçılar bu bəndin gömrük–logistika sahəsində institusional əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı etimad mühitinin formalaşdırılmasına və biznes proseslərinin sürətləndirilməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam dövlətin sahibkarlığa verdiyi yüksək dəyərin və ardıcıl siyasi iradənin bariz göstəricisidir. Son illər dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətə çevrilib, biznes mühitinin liberallaşdırılması, vergi və gömrük sahəsində islahatların aparılması, şəffaflığın və elektron xidmətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Sahibkarlar bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar özəl sektorun dövlətin etibarlı tərəfdaşına çevrilməsinə, yerli biznesin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə və investisiya mühitinin daha da cəlbedici olmasına şərait yaradır. “Etibarlı Tərəfdaş Konsepsiyası” isə məhz sahibkarların fəaliyyətinin stimullaşdırılmasına, məsuliyyətli və şəffaf biznes subyektlərinin təşviqinə yönəlmiş mühüm mexanizm kimi dəyərləndirilib.

Müzakirələr zamanı qeyd olunub ki, sahibkarlığın davamlı inkişafında gömrük orqanları ilə gömrük təmsilçiləri arasında sıx və səmərəli əməkdaşlıq həlledici rol oynayır. Bu əməkdaşlıq təkcə idxal–ixrac əməliyyatlarının asanlaşdırılmasına deyil, həm də logistika zəncirində vaxt və maliyyə itkilərinin azaldılmasına xidmət edir.

Görüşdə alt komitələr tərəfindən Konsepsiyanın praktiki icrası ilə bağlı konkret təkliflər irəli sürülüb, sahibkarların maraqlarının qorunması və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. İştirakçılar Prezident İlham Əliyevin sahibkarlığa yönəlmiş siyasətinin ölkənin dayanıqlı iqtisadi inkişafının əsas sütunlarından biri olduğunu xüsusi vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…