- 22.12.2025 12:06
Xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş – FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb.
Proses.az-ın “Unikal”a istinadən məlumatına görə, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.
Mərhumun həyat yoldaşı 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib.
Onların 2 yaşlı övladı isə həmin gün nənəsigildə olub.
