- 05.01.2026 13:44
Evdə köməksiz qalan 88 yaşlı kişi belə xilas edildi – Video
Bakı şəhəri, Xətai rayonu ərazisində doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzildə 88 yaşlı kişi köməksiz qalıb.
Ahıl şəxsin telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədiyini görən yaxınları narahat olublar və Fövqəladə Hallar Nazirliyini köməyə çağırıblar.
Qısa müddətdə hadisə yerinə gələn FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısını açaraq içəriyə daxil olublar. 1938-ci il təvəllüdlü Həsən Kərəm oğlu Quliyev xilas edilərək aidiyyəti üzrə təhvil verilib./Qafqazinfo.az/