• 06.01.2026 12:04

28 il sonra həmin sualı Prezidentə verdi – VİDEO

28 il sonra həmin sualı Prezidentə verdi – VİDEO

“Real TV”nin baş direktoru Mirşahin Ağayev ötən gün yerli televiziya kanallarına müsahibə verən dövlət başçısına maraqlı sual ünvanlayıb. Belə ki, jurnalist 28 il öncə Ulu Öndər Heydər Əliyevdən soruşduğu sualı bu dəfə Prezident İlham Əliyevə verib.

Proses.az xəbər verir ki, dövlət başçısı sözügedən sualı cavablayarkən kövrəlib.

Həmin dialoqu təqdim edirik:

Mirşahin Ağayev: Cənab Prezident, mənim Sizə verəcəyim sualın 28 yaşı var. Mən bu sualı 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevə vermişəm. O sual onda yarımçıq idi. Heydər Əliyev nə qədər ətraflı cavab versə də, hesab etdik ki, o, yarımçıqdır, bu gün də. İndi mənim Sizə verəcəyim sualla və Sizin verəcəyiniz cavabla o sual da, cavab da mükəmməl olacaq, bütöv olacaq. Mənə elə gəlir ki, burada Ulu Öndər Heydər Əliyev bizə qulaq asır.
Sual onda belə idi, “Bəlkə də ərazisinin 20 faizini itirmiş, əldən getmiş bir dövlətin vətəndaşının sualı bir az gülməli çıxır, amma istənilən halda torpağa münasibətiniz necədir? Sizdən ötrü torpaq nədir?”. Ulu Öndər onda suala cavabı belə başlamışdı: “Torpaq çox geniş anlayışdır”. Sonra izah etmişdi, torpaq onun həyatında hansı rol oynayır? Hətta işğal altında olan torpaqlarımızın nə qədər əziz olduğundan da danışmışdı. Amma razılaşaq ki, torpaqlar işğal altında idi və bu sual tam Azərbaycanı əhatə etmirdi. İndi mən bu sualı artıq ərazi bütövlüyünü bərpa, dövlət suverenliyini təmin etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevə verirəm və əminəm ki, cavabdan Ulu Öndərin ruhu da şad olacaq.

Prezident İlham Əliyev: Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə, itirilmiş torpaqlarla bağlı idi. Çünki bu haqda sual işğal dövründə veriləndə hər birimiz itirilmiş torpaqlar haqqında düşünürdük və əminəm ki, cəmiyyətimizin əksəriyyəti inanırdı ki, biz bu torpaqlara qayıdacağıq. Düzdür, illər keçdikcə bu inam da tükənirdi və mən bunu hiss edirdim. 2020-ci ilə qədər keçmiş köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında mən hər zaman deyirdim ki, biz o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma bəziləri görürdüm ki, gözlərindən hiss olunurdu, buna inanmırlar və onları da qınamaq olmaz. Çünki 30 il ərzində torpaqları itirilmiş insanlar hansı hisslər keçirə bilər? Bu, başadüşüləndir. Ancaq mən daxilən hər zaman inanırdım ki, biz buna nail olacağıq. Birinci mərhələdə inanırdım ki, – bəlkə də bir az sadəlövh idim, – bunu sülh yolu ilə həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm ki, yox, hər şeyi yaxşı bilirlər. Sadəcə olaraq, onların böyük əksəriyyəti hesab edirdilər ki, belə də olmalıdır: bu torpaqlar ermənilərə çatmalıdır. Yəni bu, onların dünyagörüşü idi. Bunlar bilmirəm haradan gələn, hansı qaynaqlardan gələn bir fikir idi və xüsusilə bu, Qərb həmkarlarıma aid olan məsələdir. Onlar hesab edirdilər ki, belə də olmalıdır. Qeyd etdiyim kimi, bəziləri deyirdilər ki, siz gərək reallıqlarla barışasınız. İllər keçdikcə hərbi variantın labüd olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı. Sadəcə olaraq, hazırlıq işləri lazımi səviyyədə görülməli idi.

Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var.

DİGƏR XƏBƏRLƏR

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in “Kolumbus Kryu” klubunda davam etdirəcək. Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq. MLS klubu…
Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…