• 07.01.2026 13:54

Azərbaycanda yumurta bahalaşacaq? – Açıqlama

Azərbaycanda yumurta bahalaşacaq? – Açıqlama

Ötən günlərdə “Bravo” marketlər şəbəkəsində yumurtanın satışına limit qoyulmasına dair sosial şəbəkə platformalarında foto yayılıb. Belə ki, paylaşılan məlumata əsasən, bir şəxs marketdən maksimum 30 ədəd yumurta ala bilər. Sözügedən məhdudiyyət sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

İstehlakçıların bir qismi yumurta satışında limitin tətbiq edilməsini mümkün qıtlıqla və bunun fonunda qiymət artımı ehtimalı ilə əlaqələndirib.

Mövzu ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli News24.az-a açıqlamasında bildirib ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur:

“Biz o foto ilə bağlı araşdırma apardıq. “Bravo” marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir. Satış şəbəkəsi bir malın qiymətini endirməklə yanaşı, onun bir nəfərə satış həcminə də məhdudiyyət tətbiq edir”.

“Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edir. Ölkədə yumurtaya olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”, – deyə M.Həsənli qeyd edib.

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov da bildirib ki, hazırda heç bir marketdə yumurtanın satışına rəsmi olaraq limit qoyulmayıb:

“Bu hal bayram günlərində yumurtaya tələbatın artması ilə əlaqədar müvəqqəti xarakter daşıyıb. Məhz bu səbəbdən marketlər tərəfindən müvafiq elanlar yerləşdirilib.

Hazırda yumurtanın satışında hansısa məhdudiyyət yoxdur. Anbarlarda və təchizat zəncirində kifayət qədər yumurta mövcuddur. Əgər marketlər davamlı şəkildə yumurtaya limit qoyarsa, bu süni defisit kimi qiymətləndirilə bilər. Belə hallar istehlakçılar arasında narazılıq yaradır və istehlakçı hüquqlarına ziddir. Lakin yumurtaya tələbatın kəskin artdığı günlərdə müvəqqəti limitin tətbiqi normal hal sayılır. Bu addım məhsulun hamı üçün əlçatan olmasını təmin etmək məqsədi daşıyır”.

Məsələ ilə bağlı “Bravo” marketlər şəbəkəsindən isə bildirilib ki, əsas prioritet müştərilərin rahat və fasiləsiz alış-verişini təmin etməkdir:

“Bazarda yumurtanın münasib qiymətlərlə satışı “Bravo” tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur. Bu isə digər müştərilərin məhsulu əldə etməsində çətinlik yarada bilər.

Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilər üçün əlçatan olması məqsədilə kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində mağazalarımızda məhsul davamlılığı qorunur və müştərilərimiz yumurtanı rahatlıqla əldə edə bilirlər. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını və alış-veriş prosesinin daha rahat keçməsini təmin etməkdir”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…