• 08.01.2026 11:52

“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

“Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər kəsin nəsli-kökü böyükdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki və niyə nəzarət etməlidir ki?”

Bunu deputat Razi Nurullayev “TV Müsavat”a açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib.

O bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər: “Onlar Rusiya vətəndaşlarıdır, övladları orada doğulub, böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm. Öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toyu olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib. Bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur. Xanımının ailəsi də imkanlıdır. Mən də bunları bilmirdim, sonradan dedilər”.

Millət vəkili qardaşı oğlunun toyunun təmtaraqlı keçirilməsindən də danışıb: “Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub. Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki?! Hər kəsin qazancı özünündür. Hətta bu şəxs qardaşın olsa belə, onun pulunun sənə aidiyyəti yoxdur. Qarşılıqsız sevgini, pulu insana ancaq ata və anası verə bilər. Yenə də deyirəm ki, bu toy dəbdəbəli olmayıb. Saat 5-də başlayıb və axşam 10-un yarısı bitib. İndi Azərbaycan toylarına baxaq. Masaya qoyulan yeməklərin 80 faizi atılır. Mən həmişə buna qarşı çıxmışam. Şadlıq evlərində səs uducunun olmamasını demişəm və deyirəm də. Mən əgər gedib toy etsəm və bu toyda israfçılığa yol versəm, insanların məni qınamağa haqqı var. Amma mənim Rusiya vətəndaşı olan və orada yaşayan qardaşıma görə cavabdeh deyiləm. Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı. Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər. Bu onun öz işidir”.

Qeyd edək ki, Dubayda keçirilən mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib. Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq atəşfəşanlıq nümayiş etdirilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…