• 10.01.2026 12:19

Bu tikintiyə görə sakinlərin işi çətinləşib – “Aptekə belə taksi ilə gedirik”

Bu tikintiyə görə sakinlərin işi çətinləşib – “Aptekə belə taksi ilə gedirik”

Bakıda sakinlər yeni yol infrastrukturunun təşkili ilə əlaqədar hərəkət çətinliyi yaşayırlar. 

Bu şikayətlə bağlı “Qafqazinfo”ya Binəqədi rayonu, 7 mikrorayon, Abay Kunanbayev küçəsinin bir qrup sakini müraciət edib.

Onların sözlərinə görə, artıq bir aydan çoxdur ki, həmin ərazidə yerləşən yeraltı tunel tamamilə bağlanıb: “Çinarlı Park” yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işləri, tunelin inşa olunması çox gözəl addımdır. Bağlanan tunel isə ərazi sakinləri üçün faktiki olaraq “dünyaya çıxış” rolunu oynayırdı. Bütün marşrut dayanacaqları məhz oradadır. İndi biz aptekə belə getmək üçün taksidən istifadə etmək məcburiyyətində qalırıq”.

Vətəndaşlar deyir ki, tunelin bağlanması səbəbindən onlar 1.3 km-dən çox əlavə məsafə qət etməyə məcbur qalır: “Bu isə sadəcə Dərnəgül metrostansiyasına çıxışı təmin edir. Ən yaxın məktəb, bağça, aptek, mağaza və digər müəssisələr isə 3 km məsafədə yerləşir. Alternativ göstərilən marşrut piyadaların hərəkəti üçün nəzərdə tutulmadığından nə təhlükəsizlik, nə də əlçatanlıq baxımından uyğun hesab edilə bilər. Bu, xüsusilə yaşlı sakinlər, şagirdlər, körpəsi olan ailələr və işə gedib-gələn əhali üçün ciddi narahatlıq yaradır.

Bu tunel uzun müddətdir ki, sakinlərin əsas yola təhlükəsiz və qısa məsafə ilə çıxışı üçün yeganə əlverişli keçid olub. Lakin hazırda həmin tunelin bağlanması və ətrafda alternativ avtomobil yolunun tikintisi ilə bağlı işlərin aparılması nəticəsində gündəlik hərəkətimiz çətinləşib. Qış mövsümündə, soyuq havada bu, xüsusilə çətinlik deməkdir. Üstəlik, alternativ yol qaranlıqdır, işıqlandırma yoxdur, yolun vəziyyəti isə olduqca bərbaddır”.

Alternativ yol kimi təqdim edilən küçədən çəkilən videonu saytımıza göndərən şikayətçilər qeyd ediblər ki, tikinti işlərinin nə vaxt bitəcəyi ilə bağlı məlumatlı deyillər. Onlar tikinti işləri başa çatanadək piyada tunelinin müvəqqəti olaraq yenidən istifadəyə verilməsi və ya ərazidə təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidinin yaradılmasını istəyirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə AAYDA tərəfindən paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb: “Layihə çərçivəsində “Çinarlı Park” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin artıq söküntüsü aparılır. Ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşası üçün hazırlanır. İşlərin bu ilin sonunadək tamamlanması nəzərdə tutulub. Ərazidə alternativ piyada yolu var, sadəcə keçidlə müqayisədə bir az məsafə baxımından uzundur.

Alternativ yolun qaranlıq və şəraitsiz olduğuna gəldikdə isə ümumiyyətlə, mövcud durum agentlik olaraq bizi də narahat edir. Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılacaq”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…