- 12.01.2026 18:54
Pezeşkian etirazlara qarşı keçirilən mitinqə qatılıb – FOTO
Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qarşı hakimiyyətin təşkil etdiyi mitinqdə iştirak edib.
Proses.az xəbər verir ki, bununla bağlı, “Snn.ir” saytı məlumat yayıb. Aksiya İslam Respublikası tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.
Hökumətyönlü media Pezeşkianın mitinqdə iştirakını geniş şəkildə işıqlandırıb. Rəsmi məlumatlarda bildirilir ki, prezident “sionist rejimin və Amerikanın terror aktlarına qarşı” təşkil edilən aksiyaya qatılıb. Bununla hakimiyyət etirazları xarici qüvvələrlə əlaqələndirməyə çalışıb.
![]()