- 27.01.2026 14:42
Azərbaycanda hakim vəfat etdi – FOTO
Azərbaycanın ümumittifaq dərəcəli voleybol hakimi Rafiq Ağayev vəfat edib.
Bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim Fuad Ağayevin atası, SSRİ-nin ən yaxşı hakimlərindən biri olmuş, ittifaq və Azərbaycan çempionatlarını idarə etmiş mütəxəssisin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib.
