- 30.01.2026 11:17
Bakıda binanın bloku ÇÖKDÜ – sakinlər evdən çıxa bilmir – FOTO
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.
Proses.az xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
