• 09.02.2026 15:34

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb.

Artur Balıyev yanvarın 30-da Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində bir qrup şəxsin hücumuna məruz qalıb.

Həmin şəxslər iddia ediblər ki, guya Arturun anası Nataliya Balıyeva idarə etdiyi maşınla onların maşınlarını sürtməklə zədələyib.

Araşdırma zamanı Artur Balıyev qarşı tərəfə – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimova iddialarının əsassız olduğunu, onlara məxsus nəqliyyat vasitəsindəki cızıqların anasına məxsus maşınla sürtünmədən əmələ gəlmədiyini sübut edə bilib. Bu zəmində yaranan mübahisə Artur Balıyevin döyülməsi, xəstəxanalıq olması ilə nəticələnib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb.

BALİ.jpg (168 KB)

Əməkdar artist Nataliya Balıyeva Musavat.com-a açıqlamasında hadisəni törətməkdə şübhəli bilinən şəxslərin azadlıqda gəzmələrindən şikayətlənib:

“Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov mənim oğlumu heç bir günahı olmaya-olmaya son dərəcə qəddarlıqla döyüb xəsarət yetiriblər. Binəqədi Rayon Məhkəməsi isə hər üçünü ev dustaqlığına buraxıb. Hakimin özünün qardaşını, yaxın adamını o şəkildə döyüb xəsarət yetirsəydilər, eyni qərarı verərdi?”

Əməkdar artist deyib ki, oğlu hazırda ev şəraitində müalicəsini davam etdirir:

“Artur hazırda evdədir, ev şəraitində müalicə olunur, işə çıxa bilmir, ağrıları var və hərəkət etməkdə çətinlik çəkir. Həkimlər də deyir ki, onun xəsarətlərinin nəticəsi 2-3 ilə özünü büruzə verəcək. Hadisəni törədən 3 nəfər daha sonra buraxıldı. Bu məni və oğlumu çox narahat edir. Həmin şəxslər qəsdən hücum edərək oğluma xəsarətlər yetiriblər. Cinayəti əvvəlcədən planlaşdırıbar, yaşadığımız evin qarşısına gəliblər, oğlumun nömrəsini necəsə tapıblar. Həm də bütün bu hadisələr mənim gözüm önündə baş verib. Bunlar bir ana kimi məni çox incidir. İstintaqdan tələbim odur ki, 4-cü adamı da tapıb məsuliyyətə cəlb etsinlər. Bu hərəkətləri edənlər layiqli cəza alsınlar. Nədənsə 4-cü şəxs hələ də tutulmayıb, bu da bizi narahat edir. Onlar ictimai təhlükəli şəxslərdir, cəmiyyət üçün narahatlıq yaradırlar. Niyə barələrində həbs qətimkan tədbiri deyil, ev dustaqlığı seçilib?”

Qeyd edək ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…
Bakıda qar yağacaq – Bu tarixdə

Bakıda qar yağacaq – Bu tarixdə

Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı,…