• 22.08.2023 11:38

“AzerTelecom” və “Kazakhtelecom” Transxəzər layihəsi çərçivəsində birgə müəssisə yaradıb

“AzerTelecom” və “Kazakhtelecom” Transxəzər layihəsi çərçivəsində birgə müəssisə yaradıb

Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin icrası istiqamətində birgə səylərini davam etdirir.

Əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən AzerTelecom, Qazaxıstan tərəfindən isə Kazakhtelecom şirkətləri Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.

Daha əvvəl imzalanmış Səhmdarlar müqaviləsi əsasında “AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko və “Kazakhtelecom” şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov şirkətin qeydiyyata alınmasına dair sənədi imzalayıblar. Tərəflər Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisinin həyata keçirilməsi üçün yeni təsis olunan birgə müəssisəyə öz dəstəyini ifadə ediblər.

“Birgə müəssisənin yaradılması tərəflərin Transxəzər kabel sisteminin qurulması istiqamətində atdıqları daha bir mühüm addımdır. Bu addım hər iki şirkətin bu beynəlxalq əhəmiyyətli layihənin icrasına sadiqliyini təsdiqləyir. Birgə müəssisə “Rəqəmsal İpək Yolu” layihəsinin vacib elementi olan, Asiya və Avropa arasında çoxterabitli həcmdə məlumat ötürülməsini təmin edəcək Transxəzər Fiber-Optik Kabel Xəttinin yaradılmasına sərmayə yatıracaq. “Rəqəmsal İpək Yolu” marşrutu biznes mühitinin yaxşılaşdırılmasında, iqtisadi inkişafda və ölkələrin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq. Bu, regional əməkdaşlıq üçün də yeni imkanlar açacaq”, – deyə “AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko bildirib.

Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.

“Bu layihəni regionun ən əhəmiyyətli layihəsi etmək üçün əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq. Hədəflərimiz, həmçinin Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımını sürətləndirəcək yeni tərəfdaşlıqların qurulmasını da özündə ehtiva edir”, – deyə “Kazakhtelecom” şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov bildirib.

“Rəqəmsal İpək Yolu” layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “NEQSOL Holding” 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

DİGƏR XƏBƏRLƏR

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul…

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bunu…
Xalq artistini görənlər TANIMADI – VİDEO

Xalq artistini görənlər TANIMADI – VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sözügedən görüntülər sənətçinin yeni klipinin çəkilişində lentə…
Sürücülərin NƏZƏRİNƏ! – Xəbərdarlıq edildi

Sürücülərin NƏZƏRİNƏ! – Xəbərdarlıq edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xidmətdən bildirilib ki, aprelin 15-də…
Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI – VİDEO

Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI – VİDEO

Aparıcı və aktyor Məcid Hüseynovun verilişin çəkilişi zamanı təhlükəli anlar yaşanıb. Milli.Az xəbər verir ki, proqramın qonağı olan radio aparıcısı…
Qəfəsin mərkəzinə dəvət edib, nokaut etdi – VİDEO

Qəfəsin mərkəzinə dəvət edib, nokaut etdi – VİDEO

“UFC-300″də yüngül çəki üzrə Castin Qaetce ilə Maks Hollavey qarşılaşıb. Proses.az offsideplus.az-a istinadən bildirir ki, Maks 5-ci raundun 4:58 dəqiqəsində…
Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI – VİDEO

Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI – VİDEO

Müğənni Şəbnəm Tovuzlu Atv-də yayımlanan “7 tamam” verilişinin qonağı olub. Milli.Az xəbər verir ki, sənətçi keçmişə səyahət edərək başına gələnlərdən…
Qızı anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı – FOTO

Qızı anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı…

Azərbaycanda qadın anasının 100 min manat pulumu oğurlayıb qaçıb. Proses.az patrul.az-a istinadən xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan “Səni…
“Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

“Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

“Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə…
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Proses.az xəbər…
“Kazım Candan dünyaya gələn övladım 9 ayında öldü” – VİDEO

“Kazım Candan dünyaya gələn övladım 9 ayında öldü” –…

“Birinci evliliyimdən övladım yoxdur. Uşaq oldu, 9 aylıq olanda öldü. O, dəstək oldu deməzdim, yanımızda idi. Mən xəstəxanada idim, dəfn…
Ukraynalılar bunu hiss etdikdə, məğlub olacaq – General

Ukraynalılar bunu hiss etdikdə, məğlub olacaq – General

Rusiya bu il müharibədə qalib gələ bilər, lakin Ukrayna müdafiəsini yarıb mühüm əraziləri ələ keçirməklə deyil, ukraynalıların iradəsini qırmaqla. “Ölkə.az”…
Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər

Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər

Ən qəzəbli və kobud bürclərin siyahısı açıqlanıb. Onlar kobudluqları ilə qarşılarındakı insanı asanlıqla incidə bilərlər. Proses.az BAKU.WS-a  istinadən sözügedən bürcləri…
Ayan ad gününü Dubayda qeyd etdi – FOTOLAR

Ayan ad gününü Dubayda qeyd etdi – FOTOLAR

Müğənni Ayan Babakişiyeva ad gününü Dubayda qeyd edib. Bu barədə o, sosial media hesabında paylaşım edib. Ayan özəl günündə lentə…
DƏHŞƏT! 27 yaşlı azərbaycanlı qadın vəhşicəsinə ÖLDÜRÜLDÜ — FOTO

DƏHŞƏT! 27 yaşlı azərbaycanlı qadın vəhşicəsinə ÖLDÜRÜLDÜ — FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. Proses.az Publika.az xəbər verir ki, bu barədə məlumatı “Mash на Мойке”…
“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi nəvəsindən danışdı

“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi…

Şair Cığatel İsaqızı “Həftənin qonağı” verilişinin qonağı olub. Şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb: “Cığatel (red.…