• 22.08.2023 11:43

Afaq Bəşirqızı hiddətləndi, nazirə müraciət etdi: “Bu, şərəfsizlikdir!”

Afaq Bəşirqızı hiddətləndi, nazirə müraciət etdi: “Bu, şərəfsizlikdir!”

“Son vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar azərbaycanlı deyillər, millət yetimləridirlər! Rasim Balayevə qarşı belə münasibət şərəfsizlikdir!”

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı həmkarı R.Balayevi tənqid edənlərlə bağlı danışarkən deyib.

O, aidiyyəti orqanlara səslənib:

“Çox xahiş edirəm, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar barədə ölçü götürülsün. Bir-ikisi cəzalandırılsa, digərlərinə də dərs olacaq. Onsuz da qorxaq insanlardırlar. Çoxu qorxusundan heç öz adı ilə yazmır.

Rasim Balayevə qarşı kampaniya aparmaq, ağzına gələni yazmaq savadsızlığın əlamətidir. Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, “acıq”. Atılan addımların hamısı işsizlikdən, bekarçılıqdan irəli gəlir”.

Afaq Bəşirqızı deyib ki, Rasim Balayev cənab Prezidentin qəbuluna gedəndə protokola uyğun hərəkət edib:

“Özü bunu dəfələrlə müsahibələrində bildirib. Protokol pozula bilməz! Mən bir həmkar və vətəndaş olaraq Rasimi dəstəkləyirəm! Onun səhhətində problemlər var, amma ağzını açıb bir adamdan kömək istəməyib. Adamın abır-həyası olar! Onun sevincli günündə belə oyunlar çıxarmaq alçaqlıqdan başqa bir şey deyil. Amma yaxşı ki, Rasim belə şeylərə fikir vermir. Çünki o, heç bir yanlış iş görməyib!

Neçə vaxtdır Rasimi tənqid edənlər yazırdılar ki, Akif İslamzadə kimi sənətkar heç bir ad, orden almayıb. İndi A.İslamzadəyə Prezident “Şöhrət” ordeni verdi. Həmin insanlar Akifə yazırlar ki, “guya sən heç bir ad almayacaqdın, sən də eynisən”. Ona görə də deyirəm, sənətkarlarımızı bu mövzudan tənqid edənlər ad və soyadlarını hansısa yollarla dəyişmiş, lap dəyişməmiş erməni casuslarıdır! 44 günlük Vətən müharibəsi zamanı ermənilərə casusluq edənlər saxlanıldı. Bunlar da casusdurlar. Şəxsən öz adımdan daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar”.

DİGƏR XƏBƏRLƏR

Priqojinin qətlinin arxasında dayanan kəşfiyyatçı görün kimdir – SİRLƏR AÇILIR

Priqojinin qətlinin arxasında dayanan kəşfiyyatçı görün kimdir – SİRLƏR…

“Priqojinin Afrikaya tələsik getməsi və sürətlə geri qayıtması onunla əlaqədar idi ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini – Xüsusi…
Azərbaycanda dizel yanacağı bahalaşacaq? – AÇIQLAMA

Azərbaycanda dizel yanacağı bahalaşacaq? – AÇIQLAMA

Hazırda dünyanın bir çox ölkələrində dizel yanacağı qıtlığı yaşanır. Dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə enib. Ehtiyatların hazırkı səviyyəsi…
Sürücülərin NƏZƏRİNƏ: Respublika səviyyəli yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Respublika səviyyəli yolda hərəkət məhdudlaşdırılacaq

Avqustun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti…
Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət…

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş  nəticəsində yaralanması…
Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək”

Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə…

“Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək. Əminəm ki, Moskvaya bu barədə xəbərdarlıq edilib”. “Report” xəbər verir ki, bunu Ukraynanın…