• 22.08.2023 12:13

Fəvvarələr meydanındakı bu tikinti dayandırıldı

Fəvvarələr meydanındakı bu tikinti dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş İdarə məlumat yayıb.

Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.

Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.

DİGƏR XƏBƏRLƏR

Sabiq bələdiyyə sədrini öldürənin ittihamı ağırlaşdırılıb

Sabiq bələdiyyə sədrini öldürənin ittihamı ağırlaşdırılıb

Astarada sabiq bələdiyyə sədrini qətlə yetirməkdə ittiham olunan Aslan Şüvünəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. “Qafqazinfo”nun məlumatına görə, iş…
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cinayət işi…