• 22.08.2023 12:24

Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır

Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.

“AzQAC istər Birinci Qarabağ savaşı dövründə, istər Vətən müharibəsi zamanı, istərsə də COVİD-19 pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş şəxslərə müvafiq humanitar yardımlar göstərib. 30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçirmişlər.

Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzli kampaniyanın aparılmasının şahidi oluruq.

Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edir:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Azərbaycan Respublikasının Konstitusiyasına;

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə;

“Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;

Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə;

Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır.

Belə ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmiş əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.

Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub”, – deyə Bəyanatda vurğulanır.

Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Argentina yığması və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib. Bu barədə iş…
Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq…
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də,…
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” –  Jurnalist Nəzrin Hüseynzadə

“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” – Jurnalist Nəzrin…

Jurnalist Nəzrin Hüseynzadə  İTV ilə bağlı şok iddia yayıb. Proses.az olay-a istinadla xəbər verir ki, jurnalist rəqs videosunu paylaşaraq təhsil…
Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər yağlanması dünyada ən çox yayılmış və sürətlə yayılan xroniki qaraciyər xəstəliklərindən biridir. Musavat.com xəbər verir ki, son illərdə ölkəmizdə və…
Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Sabah daha 1 itkin şəhid dəfn ediləcək. Proses.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar…
Qızı döyüb üzr videosunu çəkdilər – VİDEO

Qızı döyüb üzr videosunu çəkdilər – VİDEO

Antalyada iki qız bir gənc qızı döyüb üzr istətdirib, görüntüləri sosial şəbəkədə yayıblar. Antalyanın Muratpaşa rayonunda N.G. və N.Ü. adlı…
Zaur bu yaşından sonra aparıcılıq etməyəcək

Zaur bu yaşından sonra aparıcılıq etməyəcək

Tele-aparıcı Zaur Nəbioğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb. O, bu barədə aparıcısı olduğu verilişdə danışıb. “Düşünürəm ki, o yaşından sonra efirdə…
Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni…
32 yaşlı müəllim vəfat etdi

32 yaşlı müəllim vəfat etdi

Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Fərqanə Sadıqova vəfat edib. 32 yaşlı müəllim ötən gün dünyasını dəyişib.…
Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda iştirak edir

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi…
Valyuta bazarında “silkələnmə” – Avro gücləndi, rubl düşdü, dollar isə…

Valyuta bazarında “silkələnmə” – Avro gücləndi, rubl düşdü, dollar…

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Proses.az xəbər verir ki, 2025-ci il iyun ayının 2-də ABŞ dollarının məzənnəsi…
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Mayın 2-də Lerik rayonunda zəlzələ baş verib. Prosess.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji…
Mehriban Əliyeva dünya çempionu olan idmançılarımızı təbrik etdi – FOTO

Mehriban Əliyeva dünya çempionu olan idmançılarımızı təbrik etdi –…

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib. Medianews.az…
Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR – Tarix AÇIQLANDI

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR – Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir. Şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən…