• 23.08.2023 00:56

Maşınları kim alır

Maşınları kim alır

“Həsən də qəlyan çəkər,

Hüsən də qəlyan çəkər.

Tənbəki bol olanda

Siçan da qəlyan çəkər”

(Azərbaycan ata sözü)

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aralığında Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48373 ədəd avtomobil idxal olunub. Bu, çoxdurmu, azdırmı, öyrənmək asandır: 2022-ci ilin uyğun dövründə 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil almışıq. Deməli, keçən ilə nisbətən artım 13200 ədəd, yaxud 37,5 faizdir.

Əlbəttə, bu artım nəyin hesabına yaranıb, müxtəlif versiyalar irəli sürmək olar. İlk növbədə adamın ağlına Rusiyanın məruz qaldığı beynəlxalq embarqo gəlir. Həmin qadağalara görə, keçən ildən Rusiya bir çox ünlü avtomobil brendlərinin məhsulunu almaqdan məhrum olunub. Ona görə ruslar gizli yollara, qaçaqmalçılığa məcbur qalmışlar. Xarici, xüsusən də elitar, bahalı, lüks brendlərə məxsus avtomobilləri “ikinci əldən” – başqa ölkələr vasitəsiylə alırlar. Qazaxıstan, Türkiyə, Ermənistan , Gürcüstan kimi ölkələr üzərindən. Mümkündür ki, bizim işbazlar da bu hər anlamda qara, çirkli prosesə qoşulmuşlar, çünki hazırda Rusiyanın dəyirmanına su axıtmaq həm birbaşa, həm dolayısı ilə Azərbaycana balta çalmaqdır.

Ancaq mən iş adamlarımızın (əslində məmurların, çünki bizdə başqa iş adamları yoxdur) vətənpərvərliyinə şübhə etmək istəmirəm və bu versiyanı rədd edirəm. Bu halda da başqa sual ortaya çıxır: millət niyə yalandan ağlaşma qurur?

Axı bəzilərinin dediyi kimi, kasıbçılıq, işsizlik, sosial problemlər içindəyiksə, bu avtomobilləri kim gətirir, kim minir, kim sürür? Ya komitə rəqəmləri şişirdib, ya camaat artistlik edir, ya da mən dəli olmuşam. Dördüncü variant yoxdur.

Tək bu deyil ki… Dövlət Statistika Komitəsi də o yanda qılıncını sıyırıb üstümüzə gəlir: bu ilin 6 ayında 3 229,18 ton – 13 milyon 244,64 min dollarlıq mal əti almışıq.  Ötən ilin eyni dövründə mal əti idxalımız 5 milyon 451,92 min dollar dəyərində 1 233,13 ton olmuşdur. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2,6 dəfədən çox, dəyər ifadəsində isə 2,4 dəfədən çox artım var. Sitatın sonu. Diri qoyun idxalında da 3 dəfəyə yaxın artım varmış.

Doğrudur, ət yemək üzrə biz dünyada o qədər yaxşı yer tutmuruq. Geniş yayılmış təsəvvürlərə (“ətyeyən camaatıq”) baxmayaraq. Bizdə rəsmi statistikaya əsasən, hər adamın illik ət yeməsi miqdarı 42 kiloqramdır. Müqayisə üçün, ət yemək üzrə rekord Lüksemburqa məxsusdur: orda hər vətəndaş ildə 136 kilo əti həzmi-rabedən keçirir. 2-ci yerdə, düşünürəm bunu zənn etmək o qədər çətin olmaz, ABŞ gəlir: hər amerikalı ildə 125 kilo əti basmarlayır. Ruslar 60, belaruslar 72 kilo ət yeyir və sairə. Dünya Səhiyyə Təşkilatının normalarına görə, sağlamlıq üçün hər insan ildə minimum 73 kilo ət yeməlidir.

Lakin bu normaları-filanı müvəqqəti qırağa qoysaq, mal-qoyun ətində idxalın artması, eyni zamanda ətin bahalaşması xalqın ət almağa davam etdiyini göstərir. Hökumət bu istiqamətdə nəsə yeni islahatlar aparmalıdır: necə edək ki, bunlar daha ət almasınlar?

Zarafat edirəm, əlbəttə, bizdə hökumətin elə pis məqsədləri olmaz. Sadəcə, mənzərə düşündürücüdür. Birdən görürsən qərar çıxdı, taksini sənədsiz sürməyin cəriməsi, 20 min manat oldu. Qanunsuz siyasi partiyaya girmək 5 min. Nə bilim, müxalifət liderini yol polisi saxlayır, deyirlər maşının təkcə cəriməsi 4700 manatdır. Camaat kasıbdırsa, bu qədər pullar hardandır?

Ortada xeyli maraqlı statistika dolaşmaqdadır. Mütləq tədbir görülməlidir.

Zamin HACI

DİGƏR XƏBƏRLƏR

Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQ – İyunun 19-u…

Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQ – İyunun 19-u…

İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Proses.az xəbər…
“Allah mənə övladımın olmasını göstərməsin” – VİDEO

“Allah mənə övladımın olmasını göstərməsin” – VİDEO

“İndi mənim 47 yaşım var. Övladın başına daş düşsün. (Bu sözlərdən sonra müğənni Niyam Salaminin mikrofonu səs rejissoru tərəfindən söndürülüb).…
Azərbaycanda maraqlı evlilik təklifi – VİDEO

Azərbaycanda maraqlı evlilik təklifi – VİDEO

Azərbaycanda gənc oğlan sevgilisinə maraqlı evlilik təklifi edib.  Proses.az yenisabah.az-a istinadən xəbər verir ki, yaxınlarını ətraflarına toplayan cütlüyün xoşbəxt anları…
Vardanyanın taleyi bizi maraqlandırmır

Vardanyanın taleyi bizi maraqlandırmır

Rəsmi Moskvanı Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın taleyi maraqlandırmır. Proses.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya…
Baqrat külli miqdarda yeyintidə ittiham olundu

Baqrat külli miqdarda yeyintidə ittiham olundu

İşgəncədən, həbsdən, hətta ölümdən də qorxmuram. Proses.az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri arxiyepiskop Qalstanyan iyunun 19-da keçirdiyi mətbuat…
Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ

Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ

“Qızım Nəfisə ilə bir ildir böyük mübarizə apardıq. Nadir xəstəliklərdən idi. Bu da bizimlə bir ömür gedəcək. Müəyyən iynələr var…
Məşhur azərbaycanlı cütlük BOŞANIR

Məşhur azərbaycanlı cütlük BOŞANIR

İnstagramda “Hemistyle” ləqəbi ilə tanınan bloger Həmidə Hacıyeva əri İsmayıl Hacıyevdən boşanır. Proses.az Sfera.az-a istinadən xəbər verir ki, o, bu…
Qızlara verdiyi suallar azərbaycanlı fenomenin başına BƏLA OLDU – FOTO

Qızlara verdiyi suallar azərbaycanlı fenomenin başına BƏLA OLDU –…

Türkiyənin İstanbul şəhərində “Instagram” sosial media platformasında çəkdirdiyi videolarda gənc qızlara mikrofon uzadıb nalayiq suallar verən “Cekaxs” ləqəbli şəxs saxlanılıb.…
Putindən maraqlı ETİRAF: “Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq”

Putindən maraqlı ETİRAF: “Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq”

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq sakinləri ilə görüşdə Yakutiyaya səfərini xatırlayıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, o, həmin…
Mina problemindən ən çox əziyyət çəkən ölkələrdənik – Hikmət Hacıyev

Mina problemindən ən çox əziyyət çəkən ölkələrdənik – Hikmət…

Azərbaycan mina problemindən dünyada ən çox əziyyət çəkən ölkələrdən biridir. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi…
Tərkibində bakteriya aşkarlanan dondurmalar niyə satışdadır? – AÇIQLAMA – FOTO

Tərkibində bakteriya aşkarlanan dondurmalar niyə satışdadır? – AÇIQLAMA –…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, bir sıra firmalara məxsus dondurmaların tərkibində nöqsanlar…
Vəzifəli şəxs faciəvi şəkildə ÖLDÜ

Vəzifəli şəxs faciəvi şəkildə ÖLDÜ

Türkiyədə hakim partiyanın (AKP)  Aydınlar rayonu bələdiyyə sədri Tacettin Karamercan həlak olub. Proses.az Sfera.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri avtomobili…
İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar – FOTO

İtkin düşən məktəbli qızı öldürüb quyuya atıblar – FOTO

Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində itkin düşən qızın meyiti quyuda tapılıb. Proses.az lent.az-a istinadən bildirir ki, 12 yaşlı məktəblinin meyiti…
“Övladlarım üçün heç nə etməyəcəm” – VİDEO

“Övladlarım üçün heç nə etməyəcəm” – VİDEO

Əməkdar artist Bəhram Bağırzadə açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, “PodCast Baku”ya övladları barədə danışan aktyor onlara nə…
Təyyarədə qəribə OLAY: sərnişin polisi dişlədi

Təyyarədə qəribə OLAY: sərnişin polisi dişlədi

“British Airways” şirkətinə məxsus təyyarədə qadın sərnişinin qalmaqal salması nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Proses.az lent.az-a istinadən bildirir ki, hadisə Lanzarotedən Qatvikə…