• 23.08.2023 01:01

Müstəqil ölkə müstəqil xalq demək deyil

Müstəqil ölkə müstəqil xalq demək deyil

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Müstəqil ölkə hələ müstəqil xalq demək deyil. Ölkə bir saatın içində də müstəqillik əldə edə bilər, amma xalq uzun illər müstəmləkəçiliyin komfort zonalarından çıxmaq istəməz.
Servantes, Stendal, Flober, Prust və Dostoyevskinin əsərlərini təhlil edən fransız filosofu Rene Girard “Romantik Yalan və Roman Həqiqəti” kitabında “Mimetik arzu” deyə bir nəzəriyyə irəli sürür. Girard deyir ki, Don Kixot öz fərdi azadlığını tələbə Amadisin bilgilərinə qurban vermiş cəngavərdir.

Onun cəngavərliyinin hədəflərini cəngəvarlər haqqında xeyli roman oxumuş tələbə Amadis təyin edir. Onun yerinə hədəflər qoyub, qərarlar verən bu tələbə Don Kixot üçün cəngavərliyinin komfort zonasıdır. Özü cəhənnəm, nökəri Sanço Panzanı da Amadisin qoyduğu və arzuladığı hədəflərə sürüyür, ona gələcəkdə qubernatoru olacağı bir ada vəd edir.
Girard yazır ki, başqasının arzusunu arzulamaq, ona can atmaq Don Kixotda və Sanço Panzada elə bir şiddətli və daimi hal alır ki, bunu öz iradələrinin istəyi kimi anlayırlar.

Bu üçlü münasibətdə Amadis müstəmləkə idarəçiliyini, Don Kixot icraçı müstəmləkə xalqını, Sanço Pansa isə havayı quyruq yolu gözləyən kütləni təmsil edir.
Biz toplum olaraq indi Don Kixotun vəziyyətdəyik. Uzun illər bizim yerimizə arzulayan, qərarlar verən, hədəflər təyin edən bir müstəmləkəçiliyin yaratdığı komfort zonalardan imtina etmək fikrimiz yoxdur.
Çünki xəyalımızda, ən azı, qubertantoru olacağımız bir ada var. Müstəmləkəçilikdən imtina bu adanın əldən çıxması və xəyallarımızın boş qalması deməkdir. Xalqın öz xəyallarını öz arzuları, öz hədəfləri ilə doldurması qısamüddətli məsələ deyil. Hətta assimliyasiya olmasının səbəbi da heç vaxt bu boşluğu doldura bilməməsidir.
Xırda istisnaları çıxmaqla arzularımız hələ də Girardın ədəbiyyat üzərindən şərh etdiyi müstəmləkə idarəçiliyinin “mimetik arzulardır”.
İşin fəlsəfəsində ayrılıb reallığa qayıdaq.

İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların milli kimliyini kəllə-çarxa çıxarmışdı, kommunizm, tam əksinə, azərbaycanlıların milli heysiyyatını az qala yox etdi. Bu gün əlimizdə olan bütün ictimai ölçülər pul və inzibati nüfuz hesabına hökmranlığı qorunan sovet ideologiyasının qondardığı ölçülərdir.
Elmdə, ədəbiyyatda, siyasətdə, hətta geyim-keçimdə belə külli miqdarda azərbaycanlı özünü sözdə “nümunəvi” sovet vətəndaşı kimi aparır. Bunun daha qlobal forması dində yaşanan mənzərədir. Təkallahlılıq insanın göydə apardığı islahatdır. Yerdəki bütün işlək mexanizmlər çoxallahlılığın mirasdır.
Bizim ictimai mühit də bu qlobal gerçəkliyin bir başqa şəklidir. Şərtlər dəyişsə də, mexanizmlər dəyişməyib!

Çünki bu ictimai mexanizmlər müstəmləkəçiliyin yaratdığı komfort zonalardır. Bu zona irsi əksikliyi olana inzibati yolla aristokratik status vəd edir. Sanço Pansanın qubernator vədini yadınıza salın. Yəni toplumu yaradan, formalaşdıran dəyərin kökündə ədalət yoxdur.
Sənaye İnqilabı zamanı ispanlar da belə vəziyyətlə üzlədilər; ya üç əsrdən artıq davam edən inkivizisiya nəticəsində formalaşmış komfort zonalarını tərk edib luddist, sufrajist, feminist və s. kimi modern “əcinnələrlə” boğuşa-boğuşa yeni cəmiyyət quracaqdılar, ya da yaxşıları öldürüb pisləri saxladıqları öz keçmişlərinə dalıb inkivizisiyanın bəxş etdiyi “allahın gününü” görəcəkdilər.
İkincini seçdilər və hələ də Avropanın feodal simasını təmsil edirlər.

Ancaq bu gün bizim toplumda bu qondarma mexanizmləri yaradıcılığa sövq və məcbur edən ideoloji güc yoxdur. Bu da onları özlərini doqmalaşdırıb qorumağa məcbur edir, yaradıcılıq imkanlarını daha da sıfırlayır. Onlar cəmiyyətdə özləri kimi yaratmayanları stumillaşdırırlar. Hər addımda yaradıcılığın ayağının altını qazırlar.
Elə bufalo var ki, şiri bir zərbədə öldürür, amma ümumilikdə bufalo növünün potensialı bu canlını şirin naharı olmaqdan xilas etmir.
Bu milli potensialı dəyərləndirə bilməkdən məhrum edildiyi üçün müstəmləkə illərində Azərbaycanda tarlada yatan xalq, “Baksovet”də yaşayan “Xalq şairi”ni özünün yetirməsi kimi görürdü. Ona elə gəlirdi ki, hər gün fəxri ad, medal, mükafat alan şairi özü pambıq yığa-yığa yetişdirib. İndi də dərd çəkir ki, mənə birdən-birə nə oldu böylə, niyə day o “Xalq şairi”lərindən yetişdirə bilmirəm?
Və əlində nağd olan soğandan bərk-bərk yapışır.

Və o soğanı nağd edən dəyərləri, mexanizmləri də qorumağa çalışır. çünki yerinə qoyacaq heç nəyi yoxdur. Bu həm də milli özgüvən hissinin zəifliyinin göstəricisidir.
Bəzən sovetin “Xalq şairi”ni öz dövrünün hökumətinə yarınmaqda suçlayırıq. Yaxşı edirik, amma düz etmirik. Mənə görə, adı sovet şairi və yazıçısı olanlar öz hökumətlərinə yarınmırdılar, bu hökumətin yanındaydılar və səmimi idilər. Sovet hökuməti həqiqətən onların hökuməti idi. Onların “istedadı” sovet ideologiyası, ilham pəriləri siyasi büro üzvləri idi.
Bu hökumət gecə-gündüz televiziyalar, radiolar vasitəsilə onlara oxucu toplayırdı uzaq-uzaq ellərdən. Saatlarla Bakıda dövlət kanalında oturub Nikaraqua xalqının imperializmlə mübarizəsi haqqında şeirlər oxuyan xalq şairləri vardı. Bu gün isə şairi efirə çağırıb “halal” sosiska ilə güləşdiririk.

Sovet hökuməti onları milli şudralıqdan beynəlmiləl brəhmənliyə yüksətmişdi, heç bir irsi, mənəvi, zehni, ictimai haqqları olmaya-olmaya indi də Bakının üzünü ağardan, elə həmin hökumətin məhv etdiyi milli burjuanın evlərinə yerləşdirilmişdilər. Eşşək arabasından xidməti avtomobillərə hoppanmışdılar. Bizim bu gün yarınmaq dediyimiz, onlar üçün təşəkkür borcu idi.
Və sovet ədəbiyyatı səmimi-qəlbdən ana dilində müstəmləkə xalqları üçün mimetik arzular, hədəflər təyin edirdi. Xalq isə bunu öz iradəsinin arzuları, hədəfləri kimi anlayırdı. Eynən Don Kixot kimi.
Ad vermək, təqaüd ayırmaq, ev bağışlamaq – bunlar sortundan asılı olmayaraq bütün hakimiyyətlərə xas olan açıq və gizli qiymətləndirmə metodudur. “Şərəf” adlı ordeni hamıdan əvvəl deyil, hamıdan axırda kəşf edən ölkələrdən biriyik biz. Məni düşündürən bu deyil, cəmiyyətin bu qiymətləndirmə metoduna münasibətidir.

Bu gün də sənət adamlarına fəxri sovet titullarının verilməsini tələb və sifariş edənlər cəmiyyətin, xalqın nümayəndələridir, evdəkiləridir, yaxın çevrədir. Xalq şairdən tələb edir ki, ad al, titul al, medal al, özünü bizə tay tutma. Nə olsun, müstəqil ölkənin şairisən, hansı sənin əsarət mirası olan fəxri ad-sanın? Adın, titulun, medalın yoxdursa, sən nə şairsən, nə yazıçısan, nə alimsən? Yəqin, məclislərdə, tədbirlərdə özünüz də şahidi olmusunuz; nə boyda zəka sahibi olursan ol, titulun yoxdursa, toplumun gözündə heç kimsən, titulun varsa, öz adını söyləməsən də olar.
Niyə? Çünki xalq müstəmləkə idarəçiliyinin yaratdığı bu mimetik hədəfi öz iradəsinin ölçüsü, dəyəri kimi anlayır hələ də.
Xalq aşağıda şairi dirəyir, şair də gedib yuxarıda tutalım, Mədəniyyət Nazirliyinin gənc məmurunu bezdirir ki, mənə ad verin! Yoxsa üstümə nöyüt töküb özümü yandıracağam.

Yəni yaradıcı adamı sırtıqlığa, yarınmağa, ələbaxanlığa vadar edən cəmiyyətin ictimai mexanizmləridir. Mimetik arzuları, hədəfləridir. İndi mən də filmdəki rəhmətlik Səməndər Rzayev kimi üzümü bu köhnə mexanizmlərlə yaşamaqdan qürur duyan adamlara tutub deyirəm, ayə, ay camaat, yazıçını, şairi, alimi verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdinzsə, day o boyda sovet imperiyasını niyə dağıdırdınız? O qədər insanı niyə əliyalın tankların qabağına göndərirdiniz?

Aqşin Yenisey

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…