• 23.08.2023 01:22

“Lavrov planı” fitili Kremlin əlində olacaq “bomba”dır: Rusiya Azərbaycanı “labirintə” salmaq niyyətindədir

“Lavrov planı” fitili Kremlin əlində olacaq “bomba”dır: Rusiya Azərbaycanı “labirintə” salmaq niyyətindədir

Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün “erməni kartı”nı öz əlində saxlamaq planları qurur… Ona görə də, Kreml “Lavrov planı” ilə bu regionda hər an partlamağa hazır olan yeni “erməni minaları” düzməyə çalışır…

Rusiyanın BMT Təhlükəsizlik Şurasında tutduğu mövqe pozitiv məzmun daşıyır. Hər halda, Kremlin həmin qurumdakı təmsilçisi əvvəlki dövrlərdən fərqli olaraq, qatı ermənipərəst mövqe ilə seçilmədi. Bu baxımdan, hazırda Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasındakı mesajları maraq doğurur və ciddi müzakirə mövzusudur. Və bu məsələyə münasibətdə ziddiyyətli iddialar mövcuddur.

Bəziləri hesab edirlər ki, Azərbaycan cəmiyyətinin Rusiyaya münasibəti yanlışdır. Kreml sülh prosesində ABŞ və Qərbdən daha çox faydalı fəaliyyət göstərməyə yaxındır. Və ona görə də, regional sülh problemlərini Qərbin riyakar oyunlarına müqavimət göstərməklə, məhz Rusiya ilə həll etməyə çalışmaq lazımdır.

Təbii ki, “bəziləri”nin bu qənaətində sadəlövhlük əlamətləri olmamış deyil. Halbuki, bu “sadəlövhlüyün” beşinci kalon zehniyyətinin gizlədilmiş ola biləcəyini də mütləq nəzərə almaq lazımdır. Çünki Rusiyanı nə Azərbaycanın, nə Ermənistanın, nə də regionda sülh prosesinin sonrakı taleyini gözləyən real təhlükələr qətiyyən narahat etmir.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Bəs, onda Rusiya BMT Təhlükəsizlik Şurasında özünün regional for-postu olan Ermənistanın maraqlarına dəstək vermədi? Bu sualın cavabını birmənalı şəkildə Rusiyanın geopolitik maraqlarında və hədəflərində axtarmaq lazımdır. Çünki Kreml yalnız Rusiyanın imperialist hədəfləri üzərindən hərəkət etməyə vərdişli dövlətdir. Və bu prinsipin yaxın gələcəkdə dəyişə biləcəyi qətiyyən inandırıcı görünmür.

Əsl reallıqdasa, Rusiya təmsilçisinin BMT Təhlükəsizlik Şurasında Ermənistanı narazı salan mesajlar verməsi, hətta rəsmi Bakı üçün önəmli olan Ağdam-Xankəndi yolunun fəaliyyətinin mümkünlüyünə eyham vurması bir neçə səbəbə bağlıdır. Üstəlik, həmin səbəblərin hamısı məhz Rusiyanın geopolitik mənafeyindən qaynaqlanır. Və BMT Təhlükəsizlik Şurasının toplantısından öncə Rusiya mətbuatında rus diplomatın mümkün mesajları barədə üstüörtülü eyhamlar vurulmuşdu.

Məsələ ondadır ki, Kreml rəsmi İrəvandan ciddi şəkildə narazıdır. Çünki Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın vassallığından qoparıb, ABŞ və Qərbə doğru sürükləməyə cəhd göstərir. Ona görə də, Rusiya Ermənistanın iddiaların dəstəklənməsini ABŞ və Qərbin öhdəsinə buraxdı. Nəticə isə böyük uğursuzluqdan ibarətdir. Kreml bununla rəsmi İrəvana Ermənistanın Rusiya dəstəyi olmadan təklənəcəyəni göstərdi. Eyni zamanda, Paşinyan hakimiyyətini də Rusiyaya xəyanətə görə cəzalandırmış oldu.

Digər tərəfdən, Kreml rəsmi İrəvana Qarabağ mövzusunda Ermənistana kömək edə bilməyəcəyini də qabartdı. Rusiya siyasi dairələri Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə qınayır. Baş nazir Nikol Paşinyanın bu barədə Praqa Bəyannaməsini imzalamasından sonra Qarabağ ətrafında vəziyyətin ciddi şəkildə dəyişdiyi inkar edilməz reallıqdır. Yəni, indi rus sülhməramlıların gələcək taleyində Ermənistanın heç bir rolu ola bilməz.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Ona görə də, Kreml rəsmi Bakı ilə anlaşma zəmini axtarmaq məcburiyyətindədir. Çünki Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunda rus sülhməramlıların qalma müddətini birmənalı şəkildə məhz rəsmi Bakının siyasi iradəsi müəyyən edəcək. Üçtərəfli anlaşmanın hüquqi qüvvəsinin bitəcəyi vaxt isə sürətlə yaxınlaşır. Bu səbəbdən də, Kreml rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı təklifini məhz beynəlxalq platformada dəstəkləməklə, Azərbaycana tərəfdaşlıq mesajı verir.

Böyük ehtimalla Kreml rus sülhməramlıların Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalması üçün rəsmi Bakının razılığını almağa çalışacaq. Rusiya bu məsələ ilə bağlı Ermənistanın mövqeyinin heç bir önəm daşımadığını artıq nəzərə almağa başlayıb. Ona görə də, Kreml rus sülhməramlıların missiyasını uzatmaq üçün rəsmi Bakıya yönəlik referanslar etməyə üstünlük verir.

Ancaq Kremlin bu niyyətin reallaşması həm Azərbaycan, həm də ümumiyyətlə, Cənubi Qafqaz üçün təhlükəli perspektivlər vəd edir. Çünki Azərbaycan ərazisində rus sülhməramlıların qalması suverenlik prinsiplərinə ziddir. Eyni zamanda, mövcud problemin birdəfəlik həlli üçün də rus sülhməramlıların Azərbaycandan tamamilə çıxarılması vacib şərtdir.

Məsələ ondadır ki, rus sülhməramlılar Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçuların əsas himayədarı rolunda çıxış edirlər. Üstəlik, Rusiya Qarabağ regionundan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasına və erməni terror dəstələrinin tərksilah edilməsinə də əngəl törədir. Bu problemlər həll edilmədən Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası isə qəliz proses xarakteri daşıyır.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Kremlin reinteqrasiya prosesinə əngəl törətməyə çalışdığı erməni mənbələrinin yaydığı “Lavrov planı”nın məzmunundan da məlum olur. Bu “sənəd”in həqiqətən Kreml tərəfindən hazırlandığı hələlik rəsmən təsdiqlənməyib. Ancaq Paşinyan hakimiyyəti tərəfindən mətbuata sızdırıldığı iddia olunan “Lavrov planı” məzmun etibarilə Rusiyanın maraqlarına hesablandığından narahat olmağa əsaslar olmamış deyil. Ehtimal etmək olar ki, Rusiya yaxın gələcəkdə də Azərbaycan və Ermənistana təzyiq mexanizmlərini öz əlində saxlamaq niyyətindədir.

“Lavrov planı”nın ümumi hədəfi ondan ibarətdir ki, Qarabağ ermənilərin kompakt yaşadığı monoetnik bölgə kimi mövcud olsun. Rusiya isə qeyri-müəyyən müddətə həmin monoetnik bölgənin təhlükəsizlik qarantoru rolunda çıxış etsin. Yəni, Kreml rus sülhməramlıların Azərbaycan ərazisindən heç vaxt çıxmamasını şərtləndirən planlar uydurmağa çalışır.

Kremlin planının olduqca təhlükəli digər detallarını bir kənara buraxıb, yalnız elə erməni dilindən dövlət orqanlarında istifadə maddəsini nəzərə aldıqda, Rusiyanın necə təhlükəli bir oyuna başladığını anlamaq çətin deyil. Üstəlik, “Lavrov planı”nda erməni dilində təhsil tələbi də yer alır. Və bütün bunlar Azərbaycan Konstitusiyası ilə kəskin ziddiyyət təşkil edir.

Belə anlaşılır ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün “erməni kartı”nı öz əlində saxlamaq planları qurur. Ona görə də, hesab etmək olar ki, Kreml “Lavrov planı” ilə Cənubi Qafqaza hər an partlamağa hazır olan yeni “erməni minaları” düzməyə çalışır. Yəni, bu “plan” Azərbaycana qarşı gec partlayan, üstəlik, fitili Rusiyanın əlində olacaq “bomba” xarakteri daşıyır. Və rəsmi Bakının Kremlə bu məkrli planı reallaşdırmaq imkanı verəcəyi də qətiyyən inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

DİGƏR XƏBƏRLƏR

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul…

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bunu…
Xalq artistini görənlər TANIMADI – VİDEO

Xalq artistini görənlər TANIMADI – VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sözügedən görüntülər sənətçinin yeni klipinin çəkilişində lentə…
Sürücülərin NƏZƏRİNƏ! – Xəbərdarlıq edildi

Sürücülərin NƏZƏRİNƏ! – Xəbərdarlıq edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xidmətdən bildirilib ki, aprelin 15-də…
Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI – VİDEO

Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI – VİDEO

Aparıcı və aktyor Məcid Hüseynovun verilişin çəkilişi zamanı təhlükəli anlar yaşanıb. Milli.Az xəbər verir ki, proqramın qonağı olan radio aparıcısı…
Qəfəsin mərkəzinə dəvət edib, nokaut etdi – VİDEO

Qəfəsin mərkəzinə dəvət edib, nokaut etdi – VİDEO

“UFC-300″də yüngül çəki üzrə Castin Qaetce ilə Maks Hollavey qarşılaşıb. Proses.az offsideplus.az-a istinadən bildirir ki, Maks 5-ci raundun 4:58 dəqiqəsində…
Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI – VİDEO

Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI – VİDEO

Müğənni Şəbnəm Tovuzlu Atv-də yayımlanan “7 tamam” verilişinin qonağı olub. Milli.Az xəbər verir ki, sənətçi keçmişə səyahət edərək başına gələnlərdən…
Qızı anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı – FOTO

Qızı anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı…

Azərbaycanda qadın anasının 100 min manat pulumu oğurlayıb qaçıb. Proses.az patrul.az-a istinadən xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan “Səni…
“Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

“Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

“Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə…
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Proses.az xəbər…
“Kazım Candan dünyaya gələn övladım 9 ayında öldü” – VİDEO

“Kazım Candan dünyaya gələn övladım 9 ayında öldü” –…

“Birinci evliliyimdən övladım yoxdur. Uşaq oldu, 9 aylıq olanda öldü. O, dəstək oldu deməzdim, yanımızda idi. Mən xəstəxanada idim, dəfn…
Ukraynalılar bunu hiss etdikdə, məğlub olacaq – General

Ukraynalılar bunu hiss etdikdə, məğlub olacaq – General

Rusiya bu il müharibədə qalib gələ bilər, lakin Ukrayna müdafiəsini yarıb mühüm əraziləri ələ keçirməklə deyil, ukraynalıların iradəsini qırmaqla. “Ölkə.az”…
Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər

Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər

Ən qəzəbli və kobud bürclərin siyahısı açıqlanıb. Onlar kobudluqları ilə qarşılarındakı insanı asanlıqla incidə bilərlər. Proses.az BAKU.WS-a  istinadən sözügedən bürcləri…
Ayan ad gününü Dubayda qeyd etdi – FOTOLAR

Ayan ad gününü Dubayda qeyd etdi – FOTOLAR

Müğənni Ayan Babakişiyeva ad gününü Dubayda qeyd edib. Bu barədə o, sosial media hesabında paylaşım edib. Ayan özəl günündə lentə…
DƏHŞƏT! 27 yaşlı azərbaycanlı qadın vəhşicəsinə ÖLDÜRÜLDÜ — FOTO

DƏHŞƏT! 27 yaşlı azərbaycanlı qadın vəhşicəsinə ÖLDÜRÜLDÜ — FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. Proses.az Publika.az xəbər verir ki, bu barədə məlumatı “Mash на Мойке”…
“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi nəvəsindən danışdı

“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi…

Şair Cığatel İsaqızı “Həftənin qonağı” verilişinin qonağı olub. Şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb: “Cığatel (red.…