- 27.08.2023 18:03
Arda Turan övladını itirdi

“Eyüpspor” klubunun baş məşqçisi Arda Turan və həyat yoldaşı Aslıhan Doğan Turan doğulmamış övladlarını itiriblər.
BAKU.WS bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
2 aylıq hamilə olan Aslıhan həkim müayinəsi zamanı körpəsini itirdiyini öyrənib.
Qeyd edək ki, Arda Turan və yoldaşı 2018-ci ildə evləniblər. Cütlüyün Hamza Arda və Asil Aslan adlı iki övladı var.