- 27.08.2023 18:22
Bakıda DƏHŞƏTLİ yol qəzası – “Galenvagen” belə aşdı

Proses.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı şəhəri Xətai rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xocalı prospektində qeydə alınıb.
İlkin məlumata əsasən, “Galenvagen”, “Hyundai” və “Mersedes” markalı maşınlar toqquşub.
Hadisə nəticəsində ölən yoxdur.
Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.