- 30.08.2023 15:29
“Dəniz, sən nə qədər insanları aparmısan”

Müğənni Xuraman Şuşalı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı Xəzər dənizinin sahilindən video yayımlayıb.
“Dəniz, sən nə qədər insanları aparmısan… Səndən qorxuram, həm də sevirəm. Çox vahiməlisən” deyə, paylaşımında yazıb.
Qeyd edək ki, rəsmi açıqlamalara əsasən, ötən illə müqayisədə bu il dənizdə boğulanların sayının artdığı müşahidə olunur.