• 30.08.2023 16:09

Müəllimə 19 il həbs verildi – Cinayətləri dərsdən sonra edirmiş

Müəllimə 19 il həbs verildi – Cinayətləri dərsdən sonra edirmiş

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qohumunu qətlə yetirərək yandıran 1986-cı il təvəllüdlü Elnur Hüseynovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, həbs edilənədək Göygöldə yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbdə fizika müəllimi işləmiş E.Hüseynova 19 il müddətinə həbs cəzası verilib.

Məhkəmə E.Hüseynovu Cinayət Məcəlləsinin ümumilikdə 9 maddəsi ilə (120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci) təqsirli bilib.

Bildirilib ki, Ağdərə rayonunun Çərəkdər kəndindən məcburi köçkün olan E.Hüseynov Göygöl rayonunun Çaykənd kəndində yaşadığı müddətdə 2019-2021-ci illərdə çoxsaylı vətəndaşlara (təxminən 10 nəfər) məxsus mal-qaranı oğurlayıb. O, 7 aprel 2021-ci il tarixdə saat 01 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Göyözən” kafesini qisas məqsədi ilə yandıraraq oranın sahibinə 40 min manatdan artıq ziyan vurub.

Bundan başqa o, 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə birgə Çaykənd kəndində oğurluq etdiyi evi izi itirmək məqsədilə yandıraraq mənzil sahibinə 52 min manata yaxın ziyan vurub.

Həmçinin qeyd edilib ki, E.Hüseynov 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə arvadının xalası, iş adamı 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızını da qəsdən öldürüb. Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gələrək 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb. Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktında qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.

Qeyd edək ki, Elnur Hüseynovun ümumilikdə 18 cinayət əməli törətməsi məlum olub. Onun bu əməlləri işlədiyi məktəbdə dərsdən sonra, əsasən istirahət günləri növbəli olaraq mal-qara otardığı vaxt həyata keçirdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi…
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata…
İran bu ölkə ilə sərhədləri BAĞLADI

İran bu ölkə ilə sərhədləri BAĞLADI

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yollarını bağladığını açıqlayıb. Ajans.az bu barədə Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid…
Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman…

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib. Proses.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu…
Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi olub. Bakupost.az xəvər verir ki, Hüseyn, Firəngiz adlı xanımla nişanlanıb.
948 abonentin qazı kəsiləcək – RƏSMİ

948 abonentin qazı kəsiləcək – RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib…
Leysan, dolu, sulu qar… – Sabahın havası

Leysan, dolu, sulu qar… – Sabahın havası

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və…
Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Ağsuda məktəb direktoru vəfat edib. Bu barədə onun yaxınları sosial media hesablarında paylaşım ediblər. Ağsu şəhər Polad Mirzəyev adına 5…
İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları “fake…
Məşhur türkiyəli aktyor ciddi zədə aldı

Məşhur türkiyəli aktyor ciddi zədə aldı

“1001 gece masalları” serialı üçün kamera qarşısına keçən tanınmış türkiyəli aktyor İbrahim Çelikkol tennis oynayarkən qəfil yıxılaraq qolundan ciddi şəkildə…
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” – VİDEO

Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” –…

“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb. Milli.Az xəbər verir ki, verilişin qonağı olan müğənnilər Zahidə Günəş və Ülviyyə Namazovanın sözləri…
Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir

Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları…

Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan…
Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib. Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu…
Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib. İfaçının 5 il əvvəl çəkilən estetik əməliyyatız fotosu gündəm olub. Sosial şəbəkələrdə…
Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə “Komedixana”nın sevilən aktyoru Ənvər Abbasovun ölüm xəbəri yayılıb. Proses.az xəbər verir ki, Azxəbər.com aktyorun özü ilə…