• 31.08.2023 16:48

Ali məktəblərdə nə qədər boş yer qalıb? – RƏSMİ

Ali məktəblərdə nə qədər boş yer qalıb? – RƏSMİ

Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin sayı açıqlanıb.

Proses.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

Müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3100 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1550 nəfər çoxdur.

Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23.30%, IV ixtisas qrupunda 15.56% artım var idi. Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi.

Xatırladaq ki, ixtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən canlı yayımlar zamanı müsabiqə vəziyyəti təhlil olunmuşdu və ixtisas qrupları üzrə abituriyentlərin topladıqları ballara əsasən şansları qiymətləndirilmişdir. Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik.

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74%, 94.36% və 91.19% dolub.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80%-dən çox dolub.

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 1665 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universiteti (586 nəfər) Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54.10%-nin, Naxçıvan Müəllimlər İnstituna qəbul olunanların 51.03%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41.10%-nin subbakalavrlar olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

DİGƏR XƏBƏRLƏR

İlham Əliyev Sərəncam İMZALADI

İlham Əliyev Sərəncam İMZALADI

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”…
Tanınmış müğənninin ölüm xəbəri yayıldı – FOTO

Tanınmış müğənninin ölüm xəbəri yayıldı – FOTO

2021-ci ildə döş xərçəngini məğlub edərək sağlamlığına qovuşan türkiyəli müğənni Şimal bu dəfə beynində aşkarlanan şiş səbəbilə reanimasiyada həyat mübarizəsi aparır.…
Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə – Hökm oxundu

Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə –…

Bakıda evinin mətbəxində eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi…
XƏBƏRDARLIQ – Bu zəngləri AÇMAYIN

XƏBƏRDARLIQ – Bu zəngləri AÇMAYIN

Vətəndaşların bank kartlarından oğurluq davam edir. Bu barədə Proses.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS…
Manatın məzənnəsi ilə bağlı mühüm AÇIQLAMA: “Devalvasiya və inflyasiya göstəriciləri…”

Manatın məzənnəsi ilə bağlı mühüm AÇIQLAMA: “Devalvasiya və inflyasiya…

Son statistik məlumatlara görə, manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd, ilin əvvəli…
Polis Günel İbişovanı saxladı – FOTOLAR

Polis Günel İbişovanı saxladı – FOTOLAR

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.…
Bu BÜRCLƏRƏ pul yağacaq – Böyük qazanc gözlənilir

Bu BÜRCLƏRƏ pul yağacaq – Böyük qazanc gözlənilir

Birdən böyük pul qazana biləcək 6 bürc astroloji inanclara əsaslanaraq aşağıdakı kimi sıralana bilər. Milli.Az xəbər verir ki, bu bürclər tez-tez…
Məşhur marmeladlarda narkotik AŞKARLANDI – Uşaqlar xəstəxanaya yerləşdirildi

Məşhur marmeladlarda narkotik AŞKARLANDI – Uşaqlar xəstəxanaya yerləşdirildi

“Haribo” şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında narkotik maddə – çətənə aşkar edilib. Milli.Az xəbər verir ki, Qida və İstehlak Məhsullarının…
Keçmiş müsavatçı intihar etdi – FOTO

Keçmiş müsavatçı intihar etdi – FOTO

Müsavat Partiyasının Neftçala rayon təşkilatının keçmiş sədri Sabir Abuzərov intihar edib. Proses.az Bakupost.az-a isstinadən xəbər verir ki, o, özünü Neftçalada…
700 abonent qazsız qalacaq

700 abonent qazsız qalacaq

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən bu gün saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə…
“Naxçıvanlılar yaxşı gəlin saxlayır”

“Naxçıvanlılar yaxşı gəlin saxlayır”

Əməkdar artist Nigar Şabanova efirlərin birində qonaq olub. Milli.Az xəbər verir ki, müğənni ona ünvalanan tamaşaçı suallarını cavablandırıb. “Naxçıvanla bəylə ailə…
Səmra: “Ayrılmaq istədiyim üçün sevgilim anamı vurdu” – VİDEO

Səmra: “Ayrılmaq istədiyim üçün sevgilim anamı vurdu” – VİDEO

Model Səmra Hüseynova keçmiş sevgilisi ilə bağlı etiraf edib. Bu barədə o, “Tarixin bir günü” verilişində danışıb. Səmra deyib ki,…
Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir…
Daha bir məktəb direktoru işdən çıxarıldı

Daha bir məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Proses.az Modern.az-a istinadən xəbər verir…
“O kişilərə baxanda ürəyim bulanır”

“O kişilərə baxanda ürəyim bulanır”

Rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar verib. Proses.az xəbər verir ki, o, sosial şəbəkələrdə müğənni ilə eşq yaşamasını reklam edən iş…