• 05.09.2023 13:59

Qohumunu öldürən qadın: “Bıçaqla vurduqdan sonra hirsim soyumadı…”

Qohumunu öldürən qadın: “Bıçaqla vurduqdan sonra hirsim soyumadı…”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada qohumunu öldürməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Proses.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2021-ci ilin oktyabrın 8-də rayonun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla zərərçəkmişin qohumu, 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevanın baş nahiyəsinə dəhrə ilə xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Gülsevər Ağayevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqında Gülsevər Ağayeva ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilərək ifadəsində göstərib ki, Mehparə ərinin əmisi arvadı olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı aralarında yaranan münaqişəyə görə Mehparə onu öldürəcəyini deyib. Gülsevər 8 oktyabr 2021-ci ildə səhər saatlarında meşəyə gedib. Orada Mehparə ilə rastlaşıb. Aralarında olan narazılığa görə zərərçəkmiş onu söyüb təhqir edib, onu itələyib yerə yıxaraq bıçaqla vurmaq istəyərkən özünü müdafiə etmək məqsədilə əvvəlcə dəhrə, sonra isə bıçaqla Mehparəyə zərbələr endirib. Gözü döndüyündən onun qulaqlarını bıçaqla kəsərək sırğalarını çıxarıb götürüb. Sonra üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedib. Həmin əşyaları hadisədən sonra həyətinə gələn polis əməkdaşlarına təhvil verib. Bildirib ki, 4 azyaşlı uşaqları olmasına görə əməlindən peşmançılıq keçirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunub ki, Gülsevər heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli bilib. Hadisə barədə ətraflı ifadələr verərək göstərib ki, 2020-ci ilin sentyabr ayından onun ailəsi ilə ərinin əmisi oğlu Famil Ağayevin ailəsi arasında münaqişə yaranıb. Nəticədə Famil Ağayev qaynı Musa Ağayevi qətlə yetirib. Musanın ölümündən sonra ailələr arasında yaranmış ədavətin səbəbkarı kimi Gülsevəri günahlandırıblar.

08 oktyabr 2021-ci ildə səhər saatlarında heyvanlarına ağac yarpaqları qırıb gətirmək üçün özü ilə evdən dəhrə götürüb yaxınlıqdakı meşəyə gedib. Həmin vaxt meşədə olan Mehparə Ağayeva uzaqdan onu görüb talış dilində “pozğun, əxlaqsız” kimi digər ifadələr işlədib. Sonra zərərçəkmiş ona tərəf gəlib. Mehparəyə onu təhqir etməməsini, ondan əl çəkməsini deyib. Zərərçəkmiş isə ona – “bütün hər şey sənə görə oldu, get heç olmasa, ifadəni geri çək”, – deyərək onu itələyib yerə yıxıb. Həmin vaxt ayağa durub əlindəki dəhrə ilə Mehparənin baş nahiyəsinə təxminən 3 zərbə vurub. O deyib ki, sonra dəhrəni yerə atıb, bu zərbələrin təsirindən zərərçəkmiş yerə yıxılsa da, ölməyib. Mehparəni öldürmək üçün üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurub. Mehparə aldığı xəsarətlər nəticəsində xırıldamağa başlayıb, hirsi soyumadığı üçün bıçaqla onun sağ və sol qulağını sırğalıq hissədən aşağıya doğru kəsib. Mehparə Ağayevanı öldürdüyünə hər kəsi inandırmaq üçün qadının sırğalarını, üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedərək əynindəki pencəyin qan ləkələrini yuyub təmizləyib. Sonra həyətə çıxarkən qonşusunu görüb baş vermiş hadisəni qısaca ona danışıb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…