• 06.09.2023 09:58

“Bakı Metropoliteni”də çoxdan gözlənilən YENİLİK – FOTO

“Bakı Metropoliteni”də çoxdan gözlənilən YENİLİK – FOTO

“Bakı Metropoliteni” QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.

Proses.az  xəbər verir ki, Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Bu məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.

Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.

Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:

1. “BakıKart” mobil tətbiqini “Google Play” (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud “App Store” (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;

2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);

3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;

4. QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);

5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.
Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.

QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:

1. QR bilet yalnız bir gediş üçün etibarlıdır;

2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır;

3. QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;

4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;

5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.
Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.

Proses.az

DİGƏR XƏBƏRLƏR

22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil satdı – VİDEO

22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil…

Bakıya gələn çinli qız addımmı ilə marağa səbəb olub. Li Şi Jia Azərbaycana 4 aydır gəlməsinə baxmayaraq 400 avtomobil satıb.…
Manatın məzənnəsi haqda kritik proqnoz – Devalvasiya bu tarixdə….

Manatın məzənnəsi haqda kritik proqnoz – Devalvasiya bu tarixdə….

Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatlarında cüzi azalma qeydə alınıb. Belə ki, ⁠2025-ci ilin may ayında pul bazası…
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yayda..

Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yayda..

26-28 may tarixlərində Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlayacağı barədə yayılan xəbərlər ictimaiyyətdə maraq doğursa da, bu, reallaşmadı. Digər tərəfdən, sözügedən məsələ…
Nail Naiboğlu arıqlayıb tanınmaz hala düşdü – FOTO

Nail Naiboğlu arıqlayıb tanınmaz hala düşdü – FOTO

Tanınmış rejissor Nail Naiboğlu12 kiloqram arıqlayıb. O, özü bu barədə açıqlama verib. Rejissor 6 ay ərzində belə nəticəyə gəldiyini bildirib: “Altı ay…
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa etdi…”

Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa…

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suranaxı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin…
Azərbaycanda oğul anasının ölümünə görə tutuldu

Azərbaycanda oğul anasının ölümünə görə tutuldu

Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Proses.az xəbər verir ki,…
Bu valyutalar ucuzlaşdı

Bu valyutalar ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Musavat.com xəbər verir ki, 2025-ci il iyun ayının 5-də ABŞ dollarının məzənnəsi dəyişməyərək…
Lerikin 5 kəndində yol dərdi:100 nəfər Saleh Məmmədova yazdı

Lerikin 5 kəndində yol dərdi:100 nəfər Saleh Məmmədova yazdı

Lerik rayonunun Vizəzəmin, Sipyəreğon, Kıncıvo, Cənginəvud və Kornədi kəndlərinin sakinləri yolların bərbad vəziyyətdə olmasından ciddi narazılıq edirlər. Proses.az xəbər verir…
Benzia “Qarabağ”dan getdi? – FOTO

Benzia “Qarabağ”dan getdi? – FOTO

“Qarabağ”ın ulduz futbolçusunun komandadan ayrıldığı iddiası ortaya atılıb. “Qarabağ”ın anlaşa bilmədiyi Yasin Benzia ilə yolları ayıracağı gözlənilir. Benzia instaqram hesabında…
Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı

Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb. Musavt.com oxu.az-a istinadən xəbər verir…
Pensiyalar vaxtından əvvəl veriləcək

Pensiyalar vaxtından əvvəl veriləcək

İyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Proses.az…
“İçərişəhər” Muzey Mərkəzinin direktoru o oldu – Foto

“İçərişəhər” Muzey Mərkəzinin direktoru o oldu – Foto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib. Bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin…
Bu yaşda Leyli-Məcnun olar? – Xalq artisti ittihamlara cavab verdi

Bu yaşda Leyli-Məcnun olar? – Xalq artisti ittihamlara cavab…

Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə tənqid olunub. Proses.az qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb hər…
“”Bayquşlar” evimizi yıxdı, qapazı qoyasan ağızlarının üstünə”

“”Bayquşlar” evimizi yıxdı, qapazı qoyasan ağızlarının üstünə”

Aktrisa Zülfiyyə Qurbanova paylaşımı ilə diqqət çəkib. O, sosial şəbəkədə hesabında bəzi insanları hədəf alıb. “Ən nifrət elədiyim insanlar, dünyaya…
ABŞ-də yaşayan azərbaycanlı aparıcı ana olacaq – FOTO

ABŞ-də yaşayan azərbaycanlı aparıcı ana olacaq – FOTO

Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ailə quraraq ABŞ-yə köçmüşdü. Milli.Az xəbər verir ki, Xəzər Tv-nin keçmiş aparıcısı həyat…