• 07.09.2023 16:39

Bakıda ŞOK CİNAYƏT – Gənc qız erməniyə videolar göndərdi: “Məqsədim…”

Bakıda ŞOK CİNAYƏT – Gənc qız erməniyə videolar göndərdi: “Məqsədim…”

Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir.

Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub.

Onun Telegram platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir. Məhkəmədə ifadə verən Fidan Əliyeva özünü təqsirli bilməyib. Deyib ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətə uyğun deyil.

Çünki Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”.

Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi. Fidan Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna ekofəal vətəndaşlar aksiya keçirib. 138 gün davam edən aksiyanın iştirakçıları Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər. /musavat.com

DİGƏR XƏBƏRLƏR

Bakı küçələrində avtomobillər çoxalıb – qəzalar artıb, ya azalıb? – DYP AÇIQLADI + FOTO

Bakı küçələrində avtomobillər çoxalıb – qəzalar artıb, ya azalıb?…

“Statistika onu göstərir ki, Bakı şəhərində avtomobil və əhalinin sayının artmasına baxmayaraq, ümumən ötən illərlə müqayisədə yol-nəqliyyat hadisələri artmayıb, əksinə…
Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.…
SON DƏQİQƏ! Ermənilər bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ – SENSASİON DETALLAR

SON DƏQİQƏ! Ermənilər bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ – SENSASİON…

Qarabağı 30 ildir qan gölünə döndərmiş ermənilər indi də İraqda hərəkətə keçiblər. Musavat.com xəbər verir ki, ermənilər “özlərini hüquqlarını həyata keçirmək…
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə…
Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb – ÖZƏL

Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb – ÖZƏL

Sentyabrın 25-də, səhər saatlarında Xankəndini tərk etmək istəyən separatçıların keçmiş lideri Ruben Vardanyan bunun üçün qeyri-adi üsula əl atmağa çalışıb.…
Bədəni çürüyən Leyla Mirzəliyevanın ürəkparçalayan VİDEOsu yayıldı

Bədəni çürüyən Leyla Mirzəliyevanın ürəkparçalayan VİDEOsu yayıldı

Xəbər verdiyimiz kimi, ombasına dolğu vurdurduqdan sonra ağır fəsadlarla üzləşən azərbaycanlı model Leyla Mirzəliyeva bir neçə gün əvvəl yenidən əməliyyat…
Bakıda marşrut avtobusu ağır qəza törətdi – Ölənlər var

Bakıda marşrut avtobusu ağır qəza törətdi – Ölənlər var

Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. PROSES.AZ xəbər verir ki, hadisə Bakıxanov…
Təcili! Qənirə Paşayeva bu səbəbdən komaya düşüb

Təcili! Qənirə Paşayeva bu səbəbdən komaya düşüb

Təcili! Qənirə Paşayeva bu səbəbdən komaya düşüb Xəbər verdiyimiz kimi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva komadadır. Hazırda o,…
İş adamı Səhliyalı Bəşirov jurnalistin müalicəsi üçün 5000 manat ianə ayırdı

İş adamı Səhliyalı Bəşirov jurnalistin müalicəsi üçün 5000 manat…

”Səhliyalı” şirkətinin təsisçisi, mərhum Vahid Bəşirovun oğlu Səhliyalı Bəşirov jurnalist Şəfiqə Nazimqızının müalicəsi üçün 5000 manat ianə edib. Proses.az  xəbər…
Ceyhun Bayramov Quterreş ilə görüşəcək

Ceyhun Bayramov Quterreş ilə görüşəcək

BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək. PROSES.AZ xəbər…
Meydan TV və “HamamTimes”in hamamdakı meydanı – Jurnalistika sabun köpüyü deyil

Meydan TV və “HamamTimes”in hamamdakı meydanı – Jurnalistika sabun…

İkinci Qarabağ savaşında informasiya mühitinə sistemli nəzarət,  jurnalistlərin, sosial şəbəkə fəallarının vəziyyəti soyuq başla qiymətləndirməsi həm ön cəbhədə, həm də…
Karen Calavyan MƏHV EDİLDİ

Karen Calavyan MƏHV EDİLDİ

Separatçı terrorçuların komandiri Karen Calavyan Azərbaycan Ordusu tərəfindən məhv edilib. PROSES.AZ xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat…
Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat edib

Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat edib

Sumqayıt Dövlət Universitetinin əməkdaşı Samin Qocayev vəfat edib.   PROSES.AZ report-a istinadən xəbər verir ki, 37 yaşlı müəllimin səhər saatlarında qəfil…
Zəngəzur dəhlizi: Ermənistan razılaşacaq? – TƏHLİL

Zəngəzur dəhlizi: Ermənistan razılaşacaq? – TƏHLİL

Azərbaycan Qarabağda antiterror tədbirləri keçirib suverenliyini bərqərar etdikdən sonra Zəngəzur dəhlizi layihəsinin aktuallığı bir az da artır.   PROSES.AZ oxu.az-a istinadən…
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib – 3 uşaq ölmüşdü

Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib – 3 uşaq…

2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan…