- 07.09.2023 19:17
Şəhidimiz 30 il sonra doğulduğu Füzulidə dəfn olunacaq – Foto

1993-cü ildə itkin düşən və 30 il sonra nəşinin qalıqları tapılan şəhid Hüseynov Əli Heydər oğlunun nəşi sentyabrın 11-də Füzulidə dəfn ediləcək.
Bununla bağlı məlumatı şəhidin yaxın qoyumu, jurnalist, yazçı Tağı Kərimli sosial şəbəkə hesabında paylaşıb; “30 il bundan qabaq Qarabağda döyüşlər zamanı itkin düşmüş, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan nəşinin qalıqları tapılmış, şəxsiyyəti müəyyən edilmiş Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları 11 sentyabr tarixində saat 9:00-da 1 saylı Tibbi Kliniki Xəstəxanasından (Semaşko) ailəmizə təhvil veriləcək. Dəfn mərasimi həmin gün saat 15:00-da Füzuli rayonunun Araz Yağlıvənd qəbristanlığında həyata keçiriləcək.
Allah bir daha rəhmət eləsin!”