- 12.09.2023 10:24
Yeni Balaxanı gecəni işıqsız qalıb

Sabunçu rayonu Yeni Balaxanı ərazində dünən gecə saatlarından elektrik verilişi dayandırılıb.
Bu barədə Musavat.com-a sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, ötən gün bir dəfə də 2 saata yaxın işıqsız qalıblar:
“Azərişıq”ın “Qaynar xətt”inə düşmək mümkün deyil. Dünən gecədən işıqsız qalmışıq. Ərazidəki mağazalar da zərər görüb”,-deyə sakinlər bildiriblər.