• 13.09.2023 14:14

Qarabağ mövzusundakı iki “TikTok” paylaşımında dövlət əleyhinə ağır təhlükə – Monitorinq

Qarabağ mövzusundakı iki “TikTok” paylaşımında dövlət əleyhinə ağır təhlükə – Monitorinq
Baxış sayı çox olsun deyə, sosial şəbəkə hesablarında fərqinə varmadan xalqın dəyərləri əleyhinə, dövlətin maraqlarına zidd paylaşımlar etmək nəticəsi ağır ola bilən kobud yanlışlıqdır. Belə paylaşımları IP sevdasına qurban verənlər doğru yolda deyillər.
Qərbin ölkəmizə də ixrac etdiyi vətəndaş jurnalistikasının şaxələnməsinin qarşısını almaq təəssüf ki, mümkün deyil. Heç olmasa “vətəndaş jurnalistika”sının verdiyi çərçivəsiz imkanların ziyanlı tərəflərinin genişlənməsi, dərinə işləməsi tendensiyasında alətə çevrilməyək, hətta bacarırıqsa bu kimi hallara qarşı sərt davranaq.
Azərbaycanın Qarabağ iqtisadi rayonuna sığınan ermənilərdən ibarət terrorçu xunta sərhədlərimiz içərisində qondarma rejim quraraq davamlı təxribatlar törədir. Onlar həmin ərazilərdə yaşayan dinc erməni əhalisini də girov saxlayıblar. Rəsmi Bakı quldur dəstəsindən silahları təhvil verərərək saxta iddialarına son qoymağı tələb edir. Əks təqdirdə həmin terrorçularla beynəlxalq qanunlara və ərazi bütövlüyünün tam bərpası qaydalarına uyğun davranılacağı, Qarabağın quldurlardan təmizlənəcəyi qaçılmazdır.
Hazırda bu gerçəyə əsaslanan mühüt hökm sürür. Belə mühütdə Azərbaycan cəmiyyətinin sözügedən mövzuda bütün növ informasiyalara qarşı həssaslığı artıb. Zərərli effekt yaşanmasın deyə, müxtəlif xarakterli paylaşımlarda daha ehtiyatlı olmağımız vacibdir. Əleyhiməzə işləyən yazını, videogürüntünü, xüsusən xeyli müddət öncəyə məxsus materialları baxış sayı qazanmaq xatirinə yaymaq indiki dönəmdə çaşdırıcı təsir bağışlayar, ağır fəsadlar törədər.
İllər öncə baş verən iki hadisənin “TikTok” sosial şəbəkəsində yeni video kimi paylaşılması faktına diqqət çəkək: 
– “Mehmetçik Azərbaycana gidiyor” sərlöhvəsi ilə yayılan videogörüntü 2020-ci ilin 16-18 noyabr tarixlərinə aiddir. Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərmək məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğnın imzaladığı Memorandum Türkiyə Böyük Millət Məclisində təsdiqlənib. Əlbəttə, videogörüntü 3 il əvvəl aktual idi. İndiki situasiyada keçmişə aid olduğunu göstərmədən eyni videonu paylaşmaq,  Azərbaycan ictimaiyyətinin, o cümlədən dövlətin yürütdyü siyasətin tam ziyanınadır və cəmiyyətdə mənfi aira aura yaradır. 
 
1. Bu paylaşımı görənlər müharibənin yenidən başlama xofunu yaşayar və ətaflarını “gördünüz müharibə olacaq, artıq Türkiyə də Azərbaycana əsgər göndərir” kimi yanlış qənaətə kökləyərlər. Nəticədə cəmiyyət ajiotaj yaranar. 
2. Bu paylaşım dezinformasiya yazmaqla püxtələşən Ermənistan cəmiyyətinə, mediasına manipulyasiya imkanları açır. Ermənilər sosial şəbəkələrə darışaraq, türklərin azərbaycanlılara əsgəri yardım göndərəcəyini tirajlayacaq, Azərbaycanın Ermənistana qarşı müharibəyə başladığı yalanını öz cəmiyyətlətinə və beynəlxalq aləmə sırımağa çalışacaq, biz də yaradılmasına vəsilə olduğumuz yalan xəbəri təkzib etməklə məşğul olacağıq. Başqa tərəfdən ermənilər özlərinin “yazıq obrazı”nı növbəti dəfə şişirdəcəklər. Halbuki Azərbaycan müharibənin bitdiyini və heç vaxt olmayacağını birmənalı bəyan edib. Əgər Qarabağdakı qeyri-qanunu silahlı erməni xuntası  çirkin oyunlarından əl çəkməsə, rəsmi Bakı ərazisini quldurlardan güc yolu ilə təmizlənməsi prosesi məcburiyyəti qarşısında qalsa, sürətli və qısa əməliyyatlarla problemə əbədi son qoymaq bacarığına malikdir. Bunun adı isə müharibə deyil, ərazi daxilimizdəki quldurların tərkisilah edilməsi, həbs olunması əməliyyatıdır. 
 
– İkinci videogörüntünün məzmunu ilə başlığı ümumiyyətlə bir-biri ilə uyğun gəlmir. Təqdimatda yazılıb: “Son Dakika Türkiye Pakistan və Azerbaycana Asker Göndərdi”. Süjetdə Əfqanıstandakı sülhməramlı kontingehtinin tərkibində türkiyəli və azərbaycanlı əsgərlərin birgə xidmət keçdiyindən söz açılır. Çəkiliş ən azı 5 il öncəyə təsadüf etsə də, paylaşımın reklamında bu çağırış yer alıb: “Beyenib koment yazin her kes gorsun”. 
 
1. Niyə hər kəs görsün, nəyi hər kəs görsün? Məgər Türkiyə Pakistan Azərbaycana əsgər göndərib? Ölkələr arasında müvafiq müqavilə yoxdursa, bir-birinə əsgər göndərə bilməz. Azərbaycanın yenilməz Ordusu var, başqa dövlətin həm də indiki dönəmdə bizə əsgər göndərməsi yalanı hər addımda ölkəmizə qarşı məkrli davranış sərgiləyən nasist düşüncəli ermənilərə dəstəvuz verməkdir. Təqdimatdakı qrammatik səhvlərin pintiliyisə bir ayrı söhbətin mövzusudur. 
Diqqətli olaq. Azərbaycanın dövləti əzəmətlidir, Ordusu güclüdür, qalibdir, xalqı qürurludur, cəmiyyəti ayıqdır, oyaqdır, ayaqdadır. Azərbaycanın informasiya məkanı da eyni səviyyəyə malik olsun. Unutmayaq: bir yanlış informasiya misqal-misqal yığılanı anındaca dağıtmaq, bir doğru informasiya misqal-misqal dağılanı anındaca toplamaq funksiyasına malikdir. Hər kəs üzərinə düşən məsuliyyəti özünün dövlətə xidmət funksiyası kimi anlasa, əsrarəngiz mənzərəyə sahib olarıq.
Jurnalist Ekspert Mərkəzinin sədri 
Ceyhun Musaoğlu 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…